• C. Sen 22nd, 2023

Bashlibel.az

“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi

İctimai Birliyin İdarə Heyəti Kəlbəcərin azadlığının ildönümünü belə qeyd etdi

Noy 25, 2022

Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin İdarə Heyəti Kəlbəcər rayonun işğaldan azad olunmasının ikinci ildönümünü 2 ci Fəxri Xiyabanı ziyarət etməklə qeyd ediblər. Fəxri Xiyabanda şəhidlərimizin məzarları ziyarət olunub, onların ruhuna dualar oxunub. Kəlbəəcər rayonunun Başlıbel kəndindən olan şəhid polkovnik-leytenant Zaur Cəfərovun məzarı önündə isə anım təbdiri davam etdirilib. Kəlbəcərin azad olunmasına yolun döyüşlə azad edilən digər rayonlarımızdan, kəndlərimizdən başlandığı qeyd olunub. Kəlbəcərin də azad olunmasında Fəxri Xiyabanda və ölkəmizin digər ərazilərindəki Şəhidlər Xiyabanlarında uyuyan qəhrəman şəhidlərimizin, həmçinin qazilərimizin, döyüşən bütün hərbçilərimizin rolu, zəhmətinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyəti barədə söz açılıb. Çıxış edənlər Vətən müharibəsinin nəticələrinin Azərbaycanı dünyanın nüfuzlu dövlətinə çevirdiyini bildiriblər. Anım tədbirində keçmiş briqada komandiri, polkovnik Balay Nəsibov da iştirak edib. Şəhidlərimizə Allahdan rəhmət diləyirik, Qaizlərimizə can sağlıği arzulayırıq, Ali Baş Komandan var olsun!
E.Ağayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Open chat
Salam.
Sizə necə kömək ola bilərəm?