• Ç. Sen 27th, 2023

Bashlibel.az

“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi

“Zəfər yolu”nu və Kəlbəcər – Laçın yolunu inşa edən “Kolin” şirkətinin sahibi ilə görüş

Dek 6, 2022

Türk Ağsaqqallar Birliyinin nümayəndələri və “Yeni Müsavat” Media Qrupunun rəhbəri Ankarada Türkiyə- Azərbaycan İşgüzar Şurasının rəhbəri, Qarabağda böyük layihələr həyata keçirən, Zəfər yolunun inşasında iştirak payı olan, Kəlbəcər-Laçın yolunun, Kəlbəcər və Laçın ərazisində tunellərin inşasını həyata keçirən məşhur “Kolin İnşaat” Şirkətinin sahibi Kamal Koloğlu ilə görüşüblər.
Görüşdə iş adamı Kamal Koloğlu Qarabağdakı quruculuq işlərində iştirak etməkdən qürur duyduqlarını deyib.
Kamal Koloğlu həmçinin Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələrə xüsusi həssaslıqla yanaşdığını və Qarabağ İqtisadi Rayonunun tez bir zamanda dirçəldilməsi üçün böyük səylər göstərdiyini də bildirib.
Bu barədə məlumatı Rauf Arifoğlu özünün facebbok səhifəsində paylaşıb.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Open chat
Salam.
Sizə necə kömək ola bilərəm?