• Şb. Sen 30th, 2023

Bashlibel.az

“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi

Putini İlham Əliyevə zəng etdi

Dek 12, 2022

12 dekabrda Xankəndi- Laçın yolunda baş verənlər-Azərbaycan QHT təmsilçilərinin və jurnalistlərinin yolda keçirdiyi aksiya Rusiya Prezidentini Azərbaycan Respublikasının prezidentinə zəng etməyə məcbur edib.
Prezidentin mətbuat xidmətinin məlumatına əsasən telefon danışığında əsasən telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, həmçinin bu il 31 oktyabr tarixli razılaşmalarının reallaşdırılmasının bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpası planları müzakirə edilib.
Kontingentin səmərəsiz fəaliyyəti və onun Azərbaycan ictimaiyyətində doğurduğu narazılıq İlham Əliyev tərəfindən həmkarına çatdırılıb. Bu danışıqdan qısa müddət sonra Xankəndi-Laçın yolunda yeni nəzarət mexanizmlərinin qurulması və yaxın zamanlarda separatizm havası ağlından çıxmayan Azərbaycanın erməni əsilli vətəndaşlarına qarşı sərt addımların şahidi olacayıq.
Addım-addım Azərbaycan Xankəndi-Laçın yolunda və digər ərazilərdə öz hüquqi nəzarət mexanizmlərini tam şəkildə tətbiq etməyə başlayır.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Open chat
Salam.
Sizə necə kömək ola bilərəm?