• Ç. Sen 27th, 2023

Bashlibel.az

“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi

Prezident İlham Əliyevdən məcburi köçkünlərə xoş xəbər

Yan 11, 2023

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində azad olunmuş ərazilərdə aparılan quruculuq-bərpa işlərindən də danışıb.
Dövlət başçısı bildirib ki, həmin ərazilərdə iki min kilometrdən çox avtomobil yolu salınır, körpülər tikilir:
“Körpülərin sayı bəlkə 100-dən çox olacaq. Təsdiq edilmiş layihələr çərçivəsində 50 kilometr uzunluğunda tunellər çəkilir. Təsəvvür edin, 50 kilometr tunel nə deməkdir. Yəni, çox tələsirəm mən, tələsirəm. Amma, eyni zamanda, özümə deyirəm ki, tələsmək olmaz, hər şey qayda-qanunla olmalıdır, tender olmalıdır, bütün şəhərsalma qaydaları təmin edilməlidir. Ona görə bu Baş planların təsdiqlənməsi, sonra inşaat işlərinin başlanması bir qədər çox çəkir. Əlbəttə ki, bu, məni narahat edir, amma digər tərəfdən biz sıfırdan başlayırıq. Elə bir məkan qurmalıyıq ki, bu, 30 il həsrət içində yaşayanlar üçün təsəlli olsun. Onlar buna layiqdirlər. Digər tərəfdən, dünyaya da göstərək, bax, torpağın sahibləri qayıdıb, bax, viran qoyulmuş torpaqlar görün, gülüstana çevrilib”.

Bashlibel.az

One thought on “Prezident İlham Əliyevdən məcburi köçkünlərə xoş xəbər”
  1. Allahın köməkliyi ilə cənab Prezidentimizin planlaşdırdığı bütün işlər müvəffəqiyyətlə yerinə yetiriləcək. Kəlbəcər rayonu Azərbaycanın ən abad rayonlarından biri olacaq. Yollarımız, tunel və körpülər istifadəyə verildokdən sonra inkişaf sürəti görünməmiş səviyyədə olacaq. O zaman hər bir Kəlbəcərli oranın füsunkar təbiətində yaşadıqları üçün fəxr edəcəklər. Ermənistan isə bu inkişafa baxaraq, köks ötürəcək. Yaşasın Azərbaycan. Qarabağ Azərbaycandır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Open chat
Salam.
Sizə necə kömək ola bilərəm?