• Ç. Fev 28th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Ermənilər Xankəndindən gedirlər

Yan 17, 2023

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndə heyətinin proqram direktoru Zara Amatuni rəsmi açıqlamasında bildirib ki, bu gün də Xankəndidən 5 xəstə İrəvana gətirilib. Yeri gəlmişkən, dünən də BQXK 5 xəstənin aparıldığını elan etmişdi. Zara Amatuni deyib ki, bununla da indiyə qədər Xankəndidən İrəvana gətirilən “ağır xəstələr”in sayı 31-ə çatıb. Ermənistan Səhiyyə Nazirliyi rəsmi açıqlamasında elan edib ki, Qırmızı Xaç Komitəsinin xətti ilə Xankəndidən gətirilən xəstələrin sayı 28-ə çatıb. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, BQXK-nın yalan informasiya yaydığını ehtimal etmək çətindir, ortada qeydiyyatdan keçən adlar var. Ermənistan Səhiyyə Nazirliyini də yalan yaymaqda ittiham etmək olmur, xəstəxanaya neçə nəfər yerləşdirilibsə, o rəqəmi də açıqlayır.
Belə görünür ki, Xankəndidə “ağır xəstə” olması barədə saxta arayış alıb, BQXK-nın maşını ilə İrəvana gedənlər var. Onlar İrəvana çatan kimi xəstəxanaya yerləşdirilmir və aradan çıxırlar. Buna görə də Xankəndidən aparılan “ağır xəstələr”lə İrəvanda xəstəxanalara yerləşdirilənlərin sayı arasında fərq yaranır. Saxta arayış alanların isə imkanlı olduğuna heç bir şübhə yoxdur. Yada salaq ki, bir müddət öncə 1934-cü ildə Bakıda anadan olan, 1989-1991-ci illərdə keçmiş SSRİ-nin geologiya naziri işləmiş Qriqori Qabrielyants Xankəndidən “koronaya yoluxduğu üçün” qaçmışdı. Onun Xocalı aeroportundan qaçarkən bir çamadan pulla getdiyi bildirilirdi. Qeyd edilirdi ki, sülhməramlılar “ağır xəstə” olan Qabrielyantsı helikopterlə Xocalı aeroportundan təxliyə etmək üçün Azərbaycan tərəfindən icazə alıblar. Qabrielyants isə əlbəttə ki, İrəvanda hər hansı xəstəxanaya yerləşdirilməmişdi. Azərbaycana isə fərq etmir, nə qədər erməni bölgədən çıxıb gedərsə, bir o qədər Qarabağ ermənisiz olar.
Onların hansı saxta yolla getməsinin əhəmiyyəti də yoxdur, əsas odur ki, bizim vətəndaşlığı qəbul etmirlərsə, separatçı rejimin əsarətində yaşamaq istəmirlərsə, o halda getmələri yaxşıdır. Prezident İlham Əliyev də yerli televiziyalara müsahibəsində qeyd etmişdi ki, kim vətəndaşlıq istəmirsə gedə bilər, ya avtobuslara minsinlər, ya da sülhməramlılara aid yük maşınlarında ərazilərimizi tərk etsinlər. Əslində bu reallıqlar 44 günlük Vətən müharibəsində ordumuzun zəfərinin nəticəsidir. Hərb meydanında erməni faşizminin başının əzilməsindən sonra Qarabağ ermənilərinin sabaha ümidi qalmayıb. Onlar qeyri-müəyyən vəziyyətdə çıxış yolunu Ermənistana qaçmaqda görürlər. Bu zəfərin davamını isə Xankəndi-Laçın yolunda ekofəalların keçirdiyi aksiyalar gətirməkdədir. Yolun humanitar məqsədlər üçün açıq olması, separatçılara isə bağlı qalması, artıq Ruben Vardanyan adlı dələduz milyarderin də qaçışa hazırlaşması, habelə saxta tibbi arayışla pullu ermənilərin təcili tibbi yardım maşınlarında bölgəni tərk etməsi məhz Vətən müharibəsində təməli qoyulan prosesin ardı hesab edilməlidir.
Aksiyalar nəticəsində Laçın koridoruna nəzarəti qismən təmin etməyimiz göstərir ki, 44 günlük qələbəni bu formatda davam etdiririk. Təbii ki, bizə gedənlərin artması sərf edir. Üstəlik, bugünlərdə Paşinyanın partiyasından olan deputat etiraf etdi ki, Qarabağda 40 min erməni yaşayır. Bu da Xankəndi və ətraf ərazilərdə 120 min erməni olduğu yalanlarını faş etmiş olur. Bu gedişlə 2025-ci ilə qədər daha çox erməni ərazilərimizdən gedə bilər. Lakin rəsmi Bakı onları çıxmağa çağırmır, sadəcə, qanunlara tabe olsunlar.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »
Open chat
Salam.
Sizə necə kömək ola bilərəm?