• C. Sen 22nd, 2023

Bashlibel.az

“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi

Azərbaycanda içməli suyun qiyməti qalxacaq?

Fev 14, 2023

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakıətrafı ərazilərə içməli suyun verilməsi qrafikində dəyişiklik edilib. Buna səbəb sudan səmərəli və qənaətlə istifadə edilməsidir.
Bəs içməli suyun qiyməti artacaqmı?
ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, içməli suyun qiymətinin artırılması barədə qurum tərəfindən heç bir təklif verilməyib: “Bu məsələ gündəmdə deyil”.
Qeyd edək ki, artıq içməli suyun verilməsi ilə bağlı yeni qrafikin tətbiqinə başlanılıb. Samur çayında su ehtiyatının iki dəfə azalması, həmçinin, “Taxtakörpü” su anbarında 50 milyon kubmetr ehtiyat qalması ASC-ni bu addımı atmağa vadar edib.
Ötən il “Taxtakörpü” su anbarında 180 milyon kubmetr su ehtiyatı var idi. Prezident İlham Əliyevin sərəncamı ilə Su komissiyası yaradılıb. Komissiyanın iclasında mənbələrdən götürülən su həcmlərinə qənaət olunması qərara alınıb. Məhz itkilərin qarşısının alınması ilə bağlı qənaət rejiminə keçilib.
Suraxanı, Sabunçu, Binəqədi, Abşeron və digər ətraf ərazilərdə qrafikə görə 14 saat su verilirsə, bu, 10 saata salınacaq. Eyni zamanda, hansı ərazidə 12 saat su verilirsə, 8 saata salınacaq.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Open chat
Salam.
Sizə necə kömək ola bilərəm?