• C. Sen 22nd, 2023

Bashlibel.az

“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi

Daha 2 nəfər minaya düşüb həlak oldu

Mar 16, 2023

Baş Prokurorluq Ağdamda iki nəfərin mina partlaması nəticəsində həlak olması barədə məlumat yayıb. Qurumun Mətbuat xidmətindən APA-ya bildirilib ki, Ağdam rayonunun Səfərli qəsəbə sakinləri 1999-ci il təvəllüdlü İsrail Həsənov və 1987-ci il təvəllüdlü Amid Həsənovun rayonun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində mina partlayışı nəticəsində ölməsi faktı üzrə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb. Hazırda Ağdam rayon prokurorluğunda araşdırma davam etdirilir.
Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla üumumilikdə 49 nəfər həlak olub, 234 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Open chat
Salam.
Sizə necə kömək ola bilərəm?