• C. Sen 22nd, 2023

Bashlibel.az

“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi

İran səfirliyinin 4 əməkdaşı Azərbaycandan qovuldu! “Casusluqla məşğul olublar”

Apr 6, 2023

Bu gün İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Musavat.com-a XİN-dən məlumat verilib.

Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.

İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.

Musavat.com-a etibarlı mənbələrdən daxil olan məlumatda bildirilib ki, sözügedən səfirliyin 4 əməkdaşı ölkəmizdə casusluq fəaliyyəti ilə məşğul olurmuş. Onlar məhz bu səbəbdən  “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edilərək ölkədən qovulub. Həmin şəxslərə ölkədən çıxmaları üçün 48 saat vaxt verilib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Open chat
Salam.
Sizə necə kömək ola bilərəm?