• Ça. Fev 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

SON DƏQİQƏ! “Rusiya Ermənistan-Azərbaycan sərhədində təxribat hazırlayır”

Apr 30, 2023

Xəbər verdiyimiz kimi, Xankəndidəki separatçıların hərbi hazırlığı ilə bağlı video yayılıb.

Separatçıların bu hazırlığı nəyə hesablanıb?

Məsələ ilə bağlı Musavat.com-a açıqlama verən hərbi ekspert Telman Qasımovun sözlərinə görə, son zamanlar həm Ermənistanın, həm də Qarabağdakı ermənilərin revanşist çıxışları, hərəkətləri ona əsas verir ki, onlar yeni təxribatlara hazırlaşırlar.

telman.jpg (34 KB)

Ekspert xatırladıb ki, Ermənistanın keçmiş döyüşçüləri xüsusən 44 günlük müharibədən sonra yeni düşərgələr yaradıblar:

“Xüsusilə sərhədboyu kəndlərdə, rayonlarda yaşayanları həmin düşərgələrə cəlb edərək onlara silah-sursatla davranışı öyrədiblər, partizan hərəkatı ilə bağlı təlimlər keçiblər. Laçın yolu bağlanandan sonra onlar daha da aktivləşiblər. Videogörüntülərdən məlum olur ki, onların əksəriyyəti yaşlı insanlardır, geyimləri də fərqlidir. Guya səfərbər olunublar, postlara gedirlər, vətənlərini qorumaq istəyirlər. Hiss olunur ki, onları pul müqabilində postlara aparırlar. Onlardan nə döyüşçü olacaq? Azərbaycanın nizam-intizamlı ordusuna qarşı vuruşacaqlar? O videoları yaymamaları daha yaxşıdır. Çəkib göstərdikcə, onların daxilindəki vəziyyət üzə çıxır. Kənd camaatını səfərbər edirlər. Revanşistlər heç nəyə nail ola bilməyəcək”.

Telman Qasımov hesab edir ki, may ayından başlayaraq 2023 Ermənistan üçün çox ağır il olacaq:

“Separatçılar Azərbaycanın dediklərinə əməl etməsələr, onların taleyi çox acınacaqlı olacaq. Xüsusən Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgin olacaq. Ermənistanda xalq ayağa qalxacaq, vəziyyət daha da qarışacaq.

f65f068d-6059-3641-ac92-39b7ab153182_850.jpg (60 KB)

Vaşinqton görüşündə də Ermənistanı məcbur edəcəklər ki, bir çox öhdəliklərə qol çəksin. Bunu bilən erməni xalqı ayağa qalxacaq. Paşinyan sülh müqaviləsini imzalamağa məcbur olacaq. Əslində o da bu məsələdə maraqlıdır. Qarabağ, sülh məsələsi Paşinyan üçün baş ağrısıdır”.

Hərbi ekspertin fikrincə, sülhməramlıların yeni komandanı Aleksandr Lentsov boş yerə təyin olunmayıb:

“O, kifayət qədər təcrübəlidir, belə konfliktlərdə iştirak edib. Abxaziya, Osetiya problemlərində iştirak edib. Bu baxımdan Rusiya nəyəsə hazırlıq görür. Hesab edirəm ki, Rusiya Ermənistan-Azərbaycan sərhədində təxribat hazırlayır. Təbii ki, Azərbaycan bu təxribatlardan yenə də qalib çıxacaq”.

Aytən Novruz
Musavat.com

One thought on “SON DƏQİQƏ! “Rusiya Ermənistan-Azərbaycan sərhədində təxribat hazırlayır””

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »
Open chat
Salam.
Sizə necə kömək ola bilərəm?