• Ça. Fev 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

113 günlük mühasirədən sağ çıxan keçmiş əsgər vəfat etdi

May 17, 2023

1993-cü ilin aprelində Kəlbəcər rayonun işğalından sonra Başlıbel kəndində sakinlərlə birlikdı 113 gün mühasirədə yaşamış əsgərlərdən biri Əhmədov Xəlil Süleyman oğlu vəfat edib. Qax rayonundan olan Xəlil Əhmədov 18 aprel Başlıbel qətliamının canlı şahidlərindən və kənd sakinlərinin müdafiəsi üçün qəhrəmanlıq göstərən əsgərlərdən biri olub.
Başlıbel kəndində ailəsi ilə birlikdə mühasirədə qalan Habil Ələsgərov Xəlil Əhmədovun qəhrəmanlıqla döyüşdüyünü belə xatırlayır: “Rəhmətlik çox qeyrətli,vətənpərvər insan idi. 18 aprel 1993-cü ildə ermənilər bizi gizləndiyimiz kahada tapanda əsgərlərdən rəhmətlik Vüqar Abdullayev, Əsgərov Müşfiq , Müzahim Abdullayev, Xəlil Əhmədov qaldığımız kahada bizim yanımızda idilər. Xəlil bizi kahadan çölə çıxmağa imkan vermədi. Güllə dolu kimi yağırdı. Adların çəkdiyim əsgərlər bizi qorumağa çalışırdılar. Digər kahada şair Ələkbər Sönməzlə birgə qalan əsgərlər Məzahir Vüsal Abbasquliyev , Ədalət Abbasov, Səlim Mehtiyev məharətlə döyüşürdülər. Bəli,Xəlil adsız qəhrəman idi. O, heç vaxt razı olmurdu ki, onun igidliyi haqda danışaq. Deyirdi ki, bu mənim Vətən, xalq qarşısında olan borcum idi”.
Xəlil Əhmədovun əsgər yoldaşı Müşfiq Əsgərov isə onu belə xarakterizə edir: “Xəlil o gecə yanımızda sonuna kimi döyuşdu bir igid kimi orda qalan dinc sakinləri tərk edib getmədi. Qorxmaz bir vətənpərvər idi, şərəfli yol keçdi. Allah rəhmət eləsin”.
113 gün mühasirədə qalan və qəhrəmanlığı ilə seçilən kənd sakinlərindən İsmət Əzizov isə Xəlilin vəfatından sarsıldıqlarını belə ifadə edib: “Heyf səndən qardaş, sən səmimi dost, yaxşı qardaş, igid döyüşçü idin. Sənin bu acı xəbərini eşitmək məni həddən artıq kədərləndirdi. Keçən il Kəlbəcərdəki görüşümüz, sənin nə qədər səmimi və dürüst olduğunu bir daha sübut etmişdir. Heyf səndən, Allah rəhmət eləsin”.
Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvü Oktay Salahlı isə bildirib ki, Başlıbelin fəxri sakinlərindən biri olan Xəlilin şərəfli mühasirə həyatını-113 gün ərzində göstərdiyi qəhrəmanlıqları həmkəndlilərimiz heç zaman unutmayacaq! Məkanı cənnət olsun !
Bashlibel.az

4 thoughts on “113 günlük mühasirədən sağ çıxan keçmiş əsgər vəfat etdi”
  1. Allah rəhmət eləsin ! Başlıbel cammatı 113 günlük məşəqqətli mühasirə zamanı əsgərlərimizin həmkəndlilərimizə göstərdiyi köməyi heç vaxt unutmayacaq! Vaxt gələcək, həmin əsgərlər Başlıbelin fəxri vətəndaşları adına layiq görüləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »
Open chat
Salam.
Sizə necə kömək ola bilərəm?