• Bz. İyn 4th, 2023

Bashlibel.az

“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi

“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda dəyişiklik edilib

May 19, 2023

“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”ndakı dəyişikliyə əsasən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib. Belə ki, siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslara sahib şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər. Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb olunacaqlar.
Qeyd edək ki, ötən il Nazirlər Kabinetinin müvafiq qərarına əsasən “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda dəyişiklik edilib. Dəyişikliyə əsasən hər il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı sözügedən qaydanın əlavəsində qeyd olunan ixtisaslara uyğun olaraq Elm və Təhsil Nazirliyi tərəfindən elan ediləcək.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Open chat
Salam.
Sizə necə kömək ola bilərəm?