• Ç. Fev 28th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi beynəlxalq dəmir yol marşrutlarının bir hissəsinə çevriləcək

May 25, 2023

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının kəsişdiyi coğrafi məkanda yerləşir.

Bashlibel.az APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətli iştirakçısıdır.

“Ölkəmizin nəqliyyat-logistika infrastrukturu istənilən istiqamətdə daşımaların həyata keçirilməsinə imkan verir”, – Prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan Xəzər hövzəsində ən böyük ticarət donanmasına malikdir.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan həmçinin Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış edib:

“Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsini Naxçıvanla Muxtar Respublikası ilə birləşdirməyəcək, beynəlxalq dəmiryol marşrutlarının bir hissəsinə çevriləcək”.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »
Open chat
Salam.
Sizə necə kömək ola bilərəm?