• Ç. Fev 28th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Çimərliklərə əlavə qüvvə cəlb olunub – VİDEO, FOTOLAR

Avq 13, 2023

İsti hava şəraiti ilə əlaqədar vətəndaşların çimərliklərə, istirahət zonalarına kütləvi hərəkəti nəzərə alınaraq polis əməkdaşlarının fasiləsiz xidməti davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı məqsədilə polis əməkdaşları tərəfindən xidmət təşkil olunub. Xidmətə əlavə canlı qüvvə və xidməti avtomobillər cəlb edilib.

Respublikanın bütün turizm zonalarına – çimərliklərə, su hövzələrinə və digər istiqamətlər üzrə hərəkətin fasiləsizliyi təmin olunmaqla naryad qrupları ərazilərə təhkim olunub.

Köməyə ehtiyacı olan şəxslərə çağırışılar üzrə operativ köməkliklər göstərilir.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »
Open chat
Salam.
Sizə necə kömək ola bilərəm?