• Şb. Dek 9th, 2023

Bashlibel.az

“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi

“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi 33 tələbəni təltif etdi-FOTOLAR

Sen 16, 2023

2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında Kəlbəcər rayonunun Başlıbel kəndindən olan 33 gənc uğurlu nəticələr qazanaraq tələbə adını qazanıblar. 33 nəfərin ali məktəbə qəbul olması rekord nəticədir. Bu nəticə onun göstəricisidir ki, Başlıbelli gənclər doğma kəndlərinin əhalisinin təhsilə bağlılıq ənənəsini yüksək səviyyədə davam və inkişaf etdirirlər. “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin İdarə Heyəti bu il ali məktəbə qəbul olunan 33 başlıbelli tələbənin xüsusi “Təşəkkürnamə” və simvolik hədiyyələrlə təltif olunması qərarı verib. Sentyabrın 16-da Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində tələbələrin təltif edilməsi mərasimi keçirib. Tədbirdə Birliyin üzvləri, tələbələr, valideynlər, müəllimlər, Başlıbel kəndindən olan ziyalılar, alimlər iştirak ediblər. Tədbirə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev də qatılıb. Tədbir vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra Rövşən Rzayev tələbələri əldə etdikləri uğura görə təbrik edib. İşğaldan azad edilən rayonlarımızda quruculuq işlərinin vüsət aldığından danışan Rövşən Rzayev Kəlbəcər rayonunda da tikinti-quruculuq işlərinin aparıldığından söz açıb. Prezident İlham Əliyevin xüsusi diqqətində olan quruculuq işlərinin Başlıbel kəndində də həyata keçiriləcəyindən danışan Komitə sədri başlıbelli tələbələrin gələcəkdə abad Başlıbelin inkişafında mütəxəssislər kimi fayda verəcəklərinə əmin olduğunu vurğulayıb.

“Başlıbelin İnkişafına Dəstət” İctimai Birliyinin sədri Vüqar Həşimov Azərbaycanda təhsilin Prezident İlham Əliyevin və 1-ci vitse-Prezident Mehriban Əliyevanın xüsusi diqqətində olan sahələrdən olduğunu qeyd edib. Tələbələri və vaildeynləri təbrik edən Birliyin sədri Başlıbel kəndindən 33 abituriyetin ali məktəblərə qəbul olmasının böyük nəticə olduğundan danışıb. Tələbə adını qazanan gənclərin sırasında 650 baldan yuxarı bal toplayanların olmasını xatırladan V.Həşimov başlıbelli gənclərin qəbulda əldə etdiyi nəticələrin sevindirici olduğunu bildirib. Bu münasibətlə tələbələri, vaildeynləri və müəllimləri təbrik edən Birliyin sədri deyib ki, ali məktəbə qəbul olunanlardan 18 nəfər oğlanlar, 15 nəfər isə qızlardır. Qızların sayının qəbul olunanların təxminən yarısını təşkil etməsi xüsusi sevindirici nəticədir. Bu nəticə Başlıbel kəndinin əhalisinin qızların təhsilinə xüsusi yanaşdığını göstərir. Bilrik sədri məlumat verib ki, bugünkü tədbirdə Bakı şəhərində yerlşənən ali məktəblərə qəbul olan tələbələr iştirak edir. Bölgələrdəki universitelərə qəbul olan tələbələr tədbirə qatıla bilməsələr də onların da təltifləri ünvanlarına çatdırılacaq. V.Həşimov “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin bu ənənəni hər il davam etdirəcəyini qeyd edib, Birliyin gənclərin təhsilinə gələcəkdə xüsusi diqqət ayıracağını söyləyib.

Sonra Başlıbel kəndindən olan müəllimlər, müxtəlif universitetlərdə çalışan alimlər, ziyalılar, vaildeynlər çıxış ediblər. Ağsaqqal müəllimlərdən Əkbər Sarıyev, Əhliman Mirzəyev, əməkdar müəllim Hüseyn Şahbəndəyev, ziyalılardan dosent Qalib Əbdüləliyev, Arif Süleymanov, alimlərdən Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Ənvər Salahov, BMU-nun dekanı, dosent Hüseyn Mirzəyev, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Bəhruz Səmədov,  Kooperasiya Universitetinin dosenti Ədalət Əsədov, iqtisad elmlər doktoru Aqil Əsədov, “Başlıbelin İnkişafına Dəstək” İB-nin sədr müavini Nurəddin Həşimov, Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov tələbələri təbrik edərək onlara tövsiyələrini veriblər. Başlıbel kəndinin ənənələrini daim qoruyub saxlamağın vacibliyini, dövlətimizin inşkiaşfı üçün bundan sonra da təhsillərində daha ciddi naliyyətlərə nail olmağın, ixtisaslarına mükəmməl yiyələnməyin zəruruliyini tələbələrin nəzərinə çatdıran natiqlər onlara uğurlar diləyiblər.  

Valideynlərdən Qiyas Mamedov, Qənbər Salahov, İsmət Əzizov, Azər Əliyev, Lalə Səmədova çıxış edərək bütün tələbələri təbdirk ediblər, həmçinin “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinə tələbələrə göstərdiyi diqqətə və təşkil etdikləri tədbirə görə təşəkkürlərini çatdırıblar. Vaildeynlər bildiriblər ki, Birliyin və Başlıbelin nüfuzlu müəllimlərinin, alimlərinin diqqəti, tövsiyələri gənc tələbələrə əlavə stimuldur.

Sonra tələbələrə xüsusi “Təşəkkürnamə” və simvolik hədiyyələr təqdim olunub.

Bashlibel.az saytı bizlərə qürur hissi yaşadan tələbə adını qazanan gənclərin siyahısını təqdim edir:

1.Ağazadə Aytac Yalçın qızı-SABAH Qrupu-Riyaziyyat və İnformatika müəllimliyi ixtisası (SABAH qrupları 11 dövlət ali təhsil müəssisəsində fəaliyyət göstərən, müvafiq ixtisaslar üzrə seçilmiş savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplar zənciridir)
2.Ağazadə Nihad Vüqar oğlu-Azərbaycan Memarlıq və İnşaat Universiteti, İqtisadiyyatın idarə edilməsi
3.Babayev Abbas Ceyhun oğlu-Gəncə Dövlət Universiteti, Biznesin idarə edilməsi
4.Cəfərov Sənan Samir oğlu-Gəncə Dövlət Universiteti, Kimya və Biologiya müəllimliyi
5.Əliyev Ayxan Aqil oğlu-Azərbaycan Aqrar Universiteti,
6.Əliyeva Jalə Ceyhun qızıAzərbaycan Dövlət Neft və Sənaye Universiteti, Menecment
7.Əlizadə Kamran Azər oğlu-Bakı Mühəndislik Universiteti 3 il, Cənubi Koreya INHA Universiteti 1 il
8.Əmralıyev Fərid Rufət oğlu-Azərbaycan Dövlət Pedoqoji Universiteti, Tarix müəllimliyi
9.Əsədli Fidan  Seymur qızı-Azərbaycan Tibb Universiteti, Tibb
10.Əzimzadə Aytac İlham qızı-Azərbaycan Dillər Universiteti, Xarici dil müəllimliyi (İngilis dili)
11.Əzizli Raul Gündüz oğlu– Azərbaycan Dillər Universiteti, Beynəlxalq Münasibətlər
12.Əzizli Ülvü Mayıl oğluMoskva Dövlət Universiteti, Texnologiya müəllimliyi
13.Əzizova Afaq İsmət qızı-Azərbaycan Turizm və Menecment Universiteti, İngilis dili müəllimliyi
14.Həsənli Aylin Əvəz qızı-Memarlıq və İnşaat Universiteti, Dizayn
15.Həşimova Əsmər Yelmar qızı-Bakı Dövlət Universiteti, Fizika müəllimliyi
16.Qədimli Şəfa Cabir qızı-Mingəçevir Dövlət Universiteti, Biznesin idarə edilməsi
17.Qədimov Rəsul Xəqani oğlu-Azərbaycan Diplomatik Akademiyası, Maliyyə
18.Mamedova Aynur Qiyas qızı-Azərbaycan Dövlət Pedoqoji Universiteti, İbtidai sinif müəllimliyi
19.Məmmədli Fidan Nizaməddin qızı– Gəncə Dövlət Universiteti, Ekologiya
20.Məmmədov Vüsal Vüqar oğluAzərbaycan Milli Konservatoriyası, İnstrumental ifaçılıq
21.Mənsimov Elçin Faiq oğlu-Azərbaycan Turizm və Menecment Universiteti, Qida Mühəndisliyi
22.Mirzəyev Fəqan Fəxri oğlu-Azərbaycan Dillər Universiteti,
23.Mirzəyev Vüsal Anar oğlu-Azərbaycan Texniki Universiteti, Qida mühəndisliyi
24.Mirzəyeva Samirə Şahin qızı
25.Mirzəzadə İbrahim Gündüz oğlu-
26.Sadıqova Səbinə Eldost qızı-Gəncə Dövlət Universiteti, Azərbaycan Dili və Ədəbiyyatı müəllimliyi
27.Salahov Fərid Elnur oğlu-
28.Salahov Nicat Qənbər oğlu-Bakı Mühəndislik Universiteti
29.Səmədova Alina Mətləb qızı-Azərbaycan Dövlət Pedaqoji Universitet, Texnologiya müəllimliyi
30.Şahbəndəyeva Təhminə Azad qızı – Gəncə Dövlət Universiteti, Azərbaycan Dili və Ədəbiyyatı müəllimliyi
31.Şahverdiyev Səid Təhməz oğlu-Azərbaycan Dövlət İqtisad Universiteti,
32.Şahverdiyeva Fidan Sahib qızı
33.Həşimov Şükür Eldar oğlu

“Başlıbelin İnkişafına Dəstək İctimai Birliyi” tələbələri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayır.

Bashlibel.az

2 thoughts on ““Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi 33 tələbəni təltif etdi-FOTOLAR”
  1. Ali məktəblərə qəbuı olunmuş Başlıbel sakinlıri olan tələbələrimizi bir daha təbrik edirəm. Onların hər birinə uğurlar arzu edirəm. Tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə Qaçqınkomun sədri Rövşən müəllimə minnətdaram. Tədbirdə iştirak edən hər kəsə təşəkkür edirəm. Tədbiri yüksək səviyyədə təşkil etdikləri üçün Başlıbelin İnkişafına Dəstək İB-nin İdarə Heyətində çalışan yoldaşlara təşəkkür edirəm. Allah birliyimizi qorusun.

    1. Doğma Başlıbelimizin ali məktəblərə daxil olan gənc sakinlərini,eləcə də onların valideynlərini ürəkdən təbrik edirəm ! Tədbirin keçirilməsində əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »
Open chat
Salam.
Sizə necə kömək ola bilərəm?