• C. Dek 8th, 2023

Bashlibel.az

“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi

Başlıbel faciəsi ilə bağlı Almaniyada tədbir keçiriləcək

Sen 28, 2023

“Cari ilin oktyabr ayında Almaniyada Başlıbel faciəsinin tanıdılması üçün tədbir nəzərdə tutulur”.

Bashlibel.az xəbər verir ki, bunu “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri Xalid Kazımov Başlıbel qətliamı ilə bağlı hazırlanan hesabatın təqdimatında deyib.

Məsələyə münasibət bildirən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev isə qeyd edib ki, İspaniyada və Latviyada Birinci Qarabağ müharibəsi barədə məlumatlandırma istiqamətində təşkil edilməsi nəzərdə tutulan tədbirlər ləğv olunub: “Çünki qarşı tərəf ermənilərin hansısa təxribat törədə biləcəyini qeyd edib. Onlar təhlükəsizliyi təmin etmirlər, belə olan təqdirdə də tədbiri keçirmək risklidir. Tədbirin təsirli olması üçün tərəfdaşlar lazımdır”.

Fərid Şəfiyev beynəlxalq ictimaiyyətin hesabat barədə məlumatlılığının ən yaxşı yolunun kitabın elektron versiyasını hazırlayıb yaymaq olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »
Open chat
Salam.
Sizə necə kömək ola bilərəm?