• C. Dek 8th, 2023

Bashlibel.az

“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi

Balasanyanın 31 ildi ölüm-itimini gizlətdiyi QƏHRAMAN şəhidimiz – Natiq Qasımovun FİLM kimi HEKAYƏSİ

Okt 3, 2023

Bir neçə gündür Azərbaycan mediasında 1992-ci ildə Qarabağda itkin düşmüş Natiq Qasımov barədə yazılar dərc olunur.

Xalqımızın bu igid və mərd oğlu gənc olmasına baxmayaraq, Ağdamın Pirlər kəndi yaxınlığında 5 gün ərzində çoxsaylı erməni terrorçularına müqavimət göstərib. Qədim alban məbədindəki mövqeyimizi ələ keçirmək istəyən terrorçular xeyli sayda itki veriblər. Natiq elə rəşadətlə döyüşürmüş ki, ermənilər məbəddə onun tək olmadığından qorxaraq yaxın gələ bilmirmişlər. N.Qasımovu erməni separatçıları özlərinə məxsus biclik və hiyləgərlik hesabına təslim olmağa məcbur ediblər. Onun yanına Xocalıdan əsir düşmüş soydaşımızı göndəriblər ki, ya təslim olsunlar (Natiqin tək olduğunu bilmirdilər), ya da əsirlərin hamısını öldürəcəklər. Natiq bundan sonra ermənilərin əlinə keçməmək üçün saxladığı iki gülləni göyə ataraq təslim olmaq qərarına gəlib. Onun taleyi naməlum olaraq qalır.

Musavat Tv-nin əməkdaşları Natiq Qasımovun ailəsi ilə görüşüb. 

Qəhrəman şəhidimizin həyat hekayəsini təqdim edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »
Open chat
Salam.
Sizə necə kömək ola bilərəm?