• Ça. Fev 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

MƏHƏMMƏD NƏRİMANOĞLU

Dek 3, 2023

Ustad aşığımız, Dəlidağın qartal timsallı, xoşavazlı İmran Mehtiyevi də Kəlbəcərsizlik həsrətinə dözmədi

AŞIQ İMRAN

Qaratal kimi Dəlidağda,
Qıy da vurdu Aşıq İmran!
Zilli-bəmli pərdələrdə
Qala qurdu Aşıq İmran!

Bürüyərdi səsi eli,
Toyda keçdi ayı, ili.
Pərdələrdə şirin gülü,
Elə vurdu Aşıq İmran!

Bir müqəddəs qucaq idi,
Bərəkətli bucaq idi,
Sazlı-sözlü ocaq idi,
Oddu-qordu Aşıq İmran!

Qartal idi baxışında,
Zərgər idi naxışında,
Şimşək kimi çaxışında
Çoxun yordu Aşıq İmran!

Məlhəm oldu saza-sözə,
Yəqin gəldi yaman gözə.
Dağdan qopub düşdü düzə,
“Yuva” qurdu Aşıq İmran!

Nə dağ qaldı, nə də daşı,
Az bəlalar çəkdi başı?!
Qurumadı ki, göz yaşı,
Boynun burdu Aşıq İmran!

Yazdım ona “Yaralı saz”,
Təsəllisin tapsın bir az.
Ay Məhəmməd, sən də ha yaz,
Nələr sordu Aşıq İmran?!

02 dekabr 2018, Bakı,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »
Open chat
Salam.
Sizə necə kömək ola bilərəm?