• Ça. Fev 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Prezident Qarabağdan DANIŞDI: “Bəziləri qalmaq istəyir…”

Dek 6, 2023

“Onlar (erməni icmasının nümayəndələri – red.) yalnız 20 sentyabrdan sonra görüşməyə razılıq verdilər. Biz artıq suverenliyimizi bərpa etmək üçün güc tətbiq etmək fikrinə gəldikdə, onların nümayəndəsi Yevlaxa gəldi. Bir dəfə yox, iki dəfə gəldi. İndi sual verilir, nəyə görə əvvəllər gəlmirdi? Əgər əvvəllər gəlsəydilər, onda antiterror tədbirinə ehtiyac qalmazdı və bu, yaxın tarixdir”.

Bashlibel.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, indi Qarabağda elektron portal fəaliyyət göstərir. Artıq Qarabağ ermənilərinin bir neçəsindən müraciət qəbul olunub. Bəziləri qalmaq istəyirlər, orada yaşayırlar. “Biz Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən nümayəndələr ayırmışıq ki, onlar müvafiq şərait yaratsınlar. Onlar ərzaqla təmin olunmalıdır, istilik təmin edilməlidir və digər yaşayış üçün şərait təmin edilməlidir. Mən demirəm ki, onların çoxu qalıb. Lakin qalmaq qərarı verən ermənilər artıq bu şəraitdən yararlanırlar”, – deyə dövlətimizin başçısı əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »
Open chat
Salam.
Sizə necə kömək ola bilərəm?