• Ça. Fev 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Süni intellekt insanların nə zaman dünyasını dəyişəcəyini proqnozlaşdıra bilib

Dek 19, 2023

Danimarkada milyonlarla həyat hekayəsi üzərində təlim keçmiş “Life2vec” süni intellekti erkən ölüm riskini proqnozlaşdıra bilib.

Bashlibel.azAPA-Economics”in xarici mediaya istinadən xəbərinə görə, 6 milyon insanın sağlamlıq, məşğulluq və maliyyə ilə bağlı datalarını toplayan süni intellekt ötən illərin məlumatlarına əsasən insanların ölümünü daha dəqiq proqnozlaşdıra bilib.

Bunun üçün süni intellekt 2008-ci ildən 2020-ci ilədək Danimarka əhalisinin xəstəxanalara müraciətlərini və həmin şəxslərin həyat tərzlərini, gəlirlərini və digər zəruri məlumatları öyrənib.

Tədqiqatçılar 2016-2020-ci illər arasında vəfat edən 35-65 yaş arası bir qrup insan haqqında məlumatları araşdırdıqdan sonra yaratmış olduqları süni intellektə xüsusi əmr veriblər. Tədqiqatçılar tərəfindən “Life2vec” süni intellektinə verilənlər bazasına əsasən kimlərin dünyasını dəyişdiyini təxmin edəcək sorğu verilib. Nəticədə süni intellekt əmri daha dəqiqliklə icra edib.

Tədqiqatçılar bildirib ki, bu süni intellektin proqnozları digər Aİ modelləri ilə müqayisədə daha dəqiq və etibarlıdır.
Qeyd edək ki, tədqiqatçılar növbəti illər üzrə də məlumatların toplanacağını açıqlayıblar.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »
Open chat
Salam.
Sizə necə kömək ola bilərəm?