• Ça. Fev 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Emin Hüseynov: Azad olunan ərazilərdəki söküntü materialları təkrar emal olunur

Dek 25, 2023

İşğaldan azad olunan kəndlərin, şəhərlərin bərpası zamanı xaraba qoyulan ərazilərdən çıxan söküntü materiallarının təkrar emal olunaraq, iqtisadi dövriyyəyə qaytarılması həm ekologiyaya xeyirdir, həmçinin layihələrin xərclərini azaldır.

Bashlibel.az APA-ya istinadən xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

E. Hüseynov bildirib ki, işğal dövrü ərzində baş vermiş vandalizm aktları çoxlu söküntü tullantıların yaranmasına səbəb olub: “8 şəhərimiz yerlə-yeksan edilib. Və burada bu kəndlərin, şəhərlərin bərpası zamanı mövcud olan xarabalıqlardan çıxan söküntü materiallarının təkrar emal olunaraq, istisadi dövriyyəyə qaytarılması həm ekologiyaya xeyirdir, həmçinin layihələrin məsrəflərini, xərclərini azaldır. Eyni zamanda layihələrin daha tez bir şəkildə icra olunmasına şərait yaradır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »
Open chat
Salam.
Sizə necə kömək ola bilərəm?