• Ça. Fev 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Bu xəstəlik sürətlə artacaq – Alimlərdən XƏBƏRDARLIQ

Fev 3, 2024

BMT bildirir ki, əsrin ortalarına qədər qlobal xərçəng hadisələrinin təxminən 77% artacağı gözlənilir.

BMT ekspertlərinin proqnozlarına görə, əgər 2022-ci ildə 20 milyon xərçəng xəstəsi qeydə alınmışdısa, onların sayı 2050-ci ildə 35 milyondan çox olacaq.

Artımıın əsas amilləri kimi tütün, alkoqol, piylənmə, havanın çirklənməsi göstərilir.

Varlı ölkələrin xərçəng xəstəliyinin ən böyük mütləq artımını görəcəyi gözlənilir.

Bununla belə, aşağı və orta gəlirli ölkələrdə də xərçəngə tutulma hallarının yüksək proporsional artımı gözlənilir ki, bu da ölüm nisbətlərinin demək olar ki, iki dəfə yüksəlməsidir.

Ümumilikdə, 10 xərçəng növü 2022-ci ildə dünyada yeni halların və ölümlərin təxminən üçdə ikisini təşkil edib.

Ağciyər xərçəngi dünyada ən çox yayılmış formadır və 2,5 milyon yeni yoluxmanın olduğu bildirilib. Bu, bütün yeni halların 12% -dən çoxunu və ölümlərin 18,9% -ni (1,8 milyon nəfər) təşkil edib.

Qadınlarda süd vəzi xərçəngi dünyada ən çox yayılmış 2,3 milyon hadisə və ya 11,6% ilə ikinci yerdədir, lakin ölümlərin 6,9%-ni təşkil edir.

Digər ümumi xərçəng növləri kolorektal xərçəng, prostat xərçəngi və mədə xərçəngidir.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »
Open chat
Salam.
Sizə necə kömək ola bilərəm?