• Ça. Fev 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Qarabağdan gedən ermənilərlə bağlı AÇIQLAMA

Fev 10, 2024

Rusiya Federasiyası Qarabağ ermənilərinin bölgəyə təhlükəsiz qayıtmasına kömək etməyə hazırdır.

Bashlibel.az Musavat.com-a istinadən bildirir ki, bu barədə Rusiya XİN açıqlama yayıb.

TASS-ın məlumatına görə, rəsmi Moskva hüquq və təhlükəsizliyi lazımi qaydada təmin edilməklə, istəyənlərin geri qayıtmasına şərait yaradılmasının vacib olduğunu vurğulayıb. Erməni mediasının yaydığı məlumata görə, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin yerli telekanala müsahibəsində bu məsələyə toxunub. Rusiya rəsmisi iddia edib ki, 2022-ci ildə Praqada Ermənistan tərəfi Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyanda regionun erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsi həll olunmamışdı.

Qeyd edək ki, Azərbaycan dəfələrlə öz istəkləri ilə bölgəni tərk edən Qarabağ ermənilərinin təhlükəsiz qayıdışını təmin etməyə hazır olduğunu bildirib. Lakin rəsmi Bakının qayıdışla bağlı müraciət etməkdən ötrü açdığı portal Ermənistanda bloklanıb.

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »
Open chat
Salam.
Sizə necə kömək ola bilərəm?