![]()
“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi olaraq 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları səmimi qəlbdən təbrik edirik!
Bu əlamətdar gün dünyada və ölkəmizdə qadınların cəmiyyətdəki böyük rolunu, zəhmətini və fədakarlığını bir daha xatırladır. Qadınlar ailənin dayağı, cəmiyyətin inkişafına töhfə verən ən mühüm qüvvələrdən biridir. Onların sevgisi, qayğısı, zəhməti və müdrikliyi həyatımıza gözəllik və məna qatır.
Kəlbəcər rayonunun ən böyük kəndlərindən biri olan və ziyalıları ilə seçilən Başlıbel kəndinin qadınları da hər zaman savadı, zəhməti və fəallığı ilə seçilmişdir. Başlıbel qadınlarının böyük bir hissəsinin ali təhsilli olması kəndimizin qürurverici ənənələrindən biridir və sevindirici haldır ki, bu ənənə bu gün də davam edir. Kəndimizin qadınları arasında həkimlər, müəllimlər və müxtəlif sahələrdə çalışan, cəmiyyətə dəyərli töhfələr verən peşəkar insanlar vardır.
Eyni zamanda, təkcə ölkəmizdə deyil, ölkəmizin hüdudlarından kənarda da fəaliyyət göstərərək Başlıbeli layiqincə təmsil edən qadınlarımız vardır. Onlar öz bilikləri, zəhmətləri və uğurları ilə həm doğma kəndimizin, həm də ölkəmizin adını ucaldırlar.
Başlıbel qadınları öz savadları, zəhmətləri və yüksək mənəvi dəyərləri ilə hər zaman örnək olublar və olmağa davam edirlər.
Bütün qadınlara möhkəm can sağlığı, xoşbəxtlik, sevgi və uğurlar arzulayırıq. Bayramınız mübarək olsun!
Hörmətlə,
“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi
Bashlibel.az