![]()
Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirəcək. Yeni mexanizm koordinasiyanın güclənməsinə, vahid databaza və uçotun yaranmasına, milli prioritetlərə uyğun səpkidə mövzuların dövlət qurumları arasında bölüşdürülməsinə, prosesin “bir pəncərə” əsasında təşkilinə və idarə edilməsinə, QHT fəaliyyətlərinin daha səmərəli, nəticəyönümlü olmasına xidmət edəcək.
QHT Agentliyi dövlətimizin başçısının bu yüksək etimadını layiqincə doğrultmaq üçün bundan sonra da əzmlə çalışacaq.
– 2026-cı ilin mayında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) necə hazırlaşırsınız?
– 2026-cı il üzrə qrant müsabiqələrində WUF13 ilə bağlı beynəlxalq təşəbbüslər prioritet istiqamət kimi müəyyən edilib, bu istiqamətdə QHT Agentliyinə ümumilikdə 49 layihə daxil olub. Bu qrant layihələri çərçivəsində WUF13 pavilyonunda yerli və xarici QHT-lərin birgə tərəfdaşlığı ilə müxtəlif səpkili onlarla tədbirin keçirilməsi gözlənilir. COP29-da olduğu kimi, WUF13 zamanı da yerli QHT-lərin xarici tərəfdaşları ilə birgə pavilyonda tədbirlər keçirməsi üçün imkan yaradılacaq. Müvafiq qeydiyyat prosedurlarından keçmiş Azərbaycan QHT-ləri QHT Agentliyi tərəfindən ödənişsiz əsaslarla tədbir yerləri ilə təmin olunacaq. Bu tədbirlər üçün Agentliklə vaxtında koordinasiya işlərinin aparılması zəruridir. Şübhə etmirik ki, Azərbaycan QHT-ləri WUF13-də ölkəmizi layiqincə təmsil edəcək, yeni təcrübə, bilik və bacarıqlar qazanacaqlar.
Qlobal Cənub QHT Platformasının Katibliyindən əldə etdiyimiz məlumata görə, 116 ölkədən QHT-lərin iştirakı ilə ötən il təsis edilmiş Qlobal Cənub QHT Platforması bu ilin mayında “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Azərbaycanda Baş Assambleyasını keçirəcək. Burada 130-dan çox ölkədən QHT təmsilçilərinin iştirakı planlaşdırılır. QHT Agentliyi üçün bu qlobal tədbirin tərəfdaşı olmaq şərəfdir.
– Azərbaycan QHT-ləri üçün 2026-cı il daha hansı məqamlarla əlamətdar olacaq?
– Bu il Azərbaycan QHT-lərinin dünyaya daha geniş açılması, regional layihələrlə çıxış etməsi üçün QHT Agentliyi dəstək tədbirlərini daha da gücləndirəcək. Ötən ilin sonunda Azərbaycanda təsis edilmiş Türk Dövlətləri Təşkilatına Üzv Ölkələrin QHT-lərinin Platformasının 2026-cı ilin iyununda Bakıda böyük toplantısının keçirilməsi gözlənilir. QHT Agentliyi bu foruma da tərəfdaş kimi dəvət edilib və təklif qəbul olunub. Bu toplantı çərçivəsində Azərbaycan QHT-lərinin Macarıstan, Türkmənistan, Şimali Kipr, Qırğızıstan vətəndaş cəmiyyəti təmsilçiləri ilə ikitərəfli forumlarının təşkili planlaşdırılır. Bu isə o deməkdir ki, növbəti ikitərəfli forumlar həmin ölkələrdə baş tutacaq. Türk dünyası bizim ümumi ailəmiz olduğu üçün bu istiqamətdə də işlərə prioritet veririk.
İl ərzində “QHT-lərin İnkişaf və Mübadilə” Proqramları davam edəcək, 2026-cı ilin sentyabrında Gəncə şəhərində QHT-lərin Əməkdaşlıq Forumunun keçirilməsini planlaşdırmışıq. Təbii ki, bunlar nəzərdə tutulan fəaliyyətlərin yalnız bir hissəsidir. Agentliyin rəsmi internet saytında (ngoagency.gov.az) və sosial şəbəkə hesablarında (https://www.facebook.com/ngoagency.gov.az) keçiriləcək elanlar, tədbirlər və görüşlər barədə mütəmadi olaraq məlumatlar paylaşılır.
2026-cı il QHT sahəsində qanunvericiliyin də təkmilləşdirilməsi ili olacaq. Bu dəyişikliklər və yeniliklər QHT-lərlə iş sahəsində şəffaflığın, hesabatlılığın artırılmasına, kollegial qərarların qəbul olunmasına, sağlam mühitin gücləndirilməsinə yönəlib, QHT-lər bunun böyük faydalarını tezliklə hiss edə biləcəklər.
Bashlibel.az