![]()
Hər il iyulun 22-si ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur. 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan «Əkinçi» qəzetinin nəşrə başlamasından bu yana əsrdən çox vaxt keçib. Bu gün mətbuatımızın keçdiyi şərəfli yolu yad edərkən, təəssüf ki, müasir dövrün mənzərəsi bir çox hallarda düşündürücü və qatmaqarışıq olaraq qalır.
Elə bir zamana gəlib çıxmışıq ki, hər şey sanki bir-birinə qarışıb. İxtisasından, peşəsindən, təhsilindən asılı olmayaraq, hər kəs istədiyi sahədə sərbəst fəaliyyət göstərə bilir. Jurnalist olmayan jurnalist, hüquqşünas olmayan hüquqşünas, müəllim olmayan müəllim, həkim olmayan həkim… Peşəkarlıq meyarlarının arxa plana keçdiyi bu dövrdə həqiqi jurnalistikanın missiyasını qorumaq hər zamankindən daha çətindir.
Amma bütün çətinliklərə rəğmən, hələ də qələmini satmayan, vicdanını uca tutan gerçək qələm sahibləri var. Bu əlamətdar gündə – aralarında öz qızım da olmaqla – bütün həqiqi jurnalistləri ürəkdən təbrik edir, bu hazırkı çətin dövrdə onlara tükənməz uğurlar arzu edirəm.
Arzumuz budur ki, heç bir jurnalist peşə fəaliyyətinə, yazdığı sözə və mövqeyinə görə həbsxana divarlarına məkum olunmasın. Qoy onlar nə qədər çətin olsa da, hər zaman haqqın, həqiqətin və ədalətin yanında olsunlar! Milli Mətbuat Gününüz mübarək!
Yalçın Ağayev
Bashlibel.az