![]()
Fransada iğtişaşlar və talanlardan sonra dörd şəhərin müəyyən ərazilərində komendant saatı elan olunub.
Bashlibel.az Musavat.com-a istinadən xəbər verir ki, qərar Lill, Due, Vattinyi və Denen şəhərlərini əhatə edir. Məhdudiyyət yalnız yetkinlik yaşına çatmayanlara şamil olunur və şəhərlərin ayrı-ayrı hissələrində tətbiq ediləcək.
Komendant saatı oktyabrın 19-u və 20-si gecələri yerli vaxtla saat 20:00-dan səhər 06:00-dək qüvvədə olacaq. Bu, Bakı vaxtı ilə 22:00–08:00 aralığına uyğun gəlir. Qərar müvafiq şəhərlərin merləri ilə razılaşdırılıb.
Marseldə isə oktyabrın 19-da yerli vaxtla saat 12:00–20:00 arasında şəhər ərazisində bütün ictimai toplaşmalar qadağan ediliba.a
Bashlibel.az