![]()
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Kəlbəcər rayonunun tanınmış ziyalısı, Kəlbəcər rayon 18 nömrəli orta məktəbin müəllimi, Yeni Azərbaycan Partiyasının üzvü, “Balland” brendinin yaradıcısı Sabir Mustafayev kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.
Bu yüksək dövlət təltifi münasibətilə Sabir müəllimi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.
Sabir Mustafayevin Kəlbəcər rayonunda aqrar sahənin, xüsusilə arıçılığın inkişafına, Kəlbəcər balının tanıdılmasına və yerli istehsalın təşviqinə verdiyi töhfələr xüsusi təqdirəlayiqdir. Onun fəaliyyəti doğma yurdumuzun iqtisadi potensialının tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bashlibel.az