Mayın 14-də Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilib. Bashlibel.az xəbər verir ki, qurultayda nizamnaməyə dəyişikliklər edilib və “Azərbaycan Milli QHT Forumunun prezidenti” postu ləğv olunub. Onun əvəzində Foruma rəhbərliyi yeni formalaşdırılan İdarə Heyətinin sədri həyata keçirəcək. Uzun illərdir Milli QHT Formuna rəhbərlik edən Rauf Zeyni və köhnə idarə heyəti tam heyətlə yeni seçkilərdə namizədliklərini verməyiblər. Forumun 5 nəfərdən ibarət yeni tərkibdə İdarə Heyəti formalaşıb. Ramin İsgəndərli Milli QHT Forumunun yeni sədri seçilib.
Qeyd edək ki, Azərbaycan Milli QHT Forumunun X qurultayında Başlıbelin İnkişafına Dəstək İctimai Birliyi də mandatla təmsil olunub. Birliyi sədr Vüqar Həşimov Qurultayda təmsil edib.
Bashlibel.az