![]()
Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində “Tala” meşəsində yanğın başlayıb. Bu barədə Kəlbəcərli sakinlər məlumat veriblər. Yanğın hələ ki, böyük əraziyə yayılmasa da davam etdiyi deyilir. Sakinlər hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyini məlumatandırıblar. Nazirlikdən sakinlərə hadisə baş verən əraziyə yanğınsöndürən briqadanın göndərildiyi deyilib. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil
Bashlibel.az