![]()
Kəlbəcər rayonunun Başlıbel kənd sakini, “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi-nin İdarə heyətinin üzvü, jurnalist, müəllim və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Salahov Oqtay Sadıq oğlunun 65 illik yubileyi münasibətilə Kəlbəcər rayon 80 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə Zahid Kazımov, Qabil Həsənəliyev və məktəbin pedaqoji kollektivi iştirak edib.
Uzun illərdir ictimai fəaliyyəti, media və pedaqoji sahədəki fəaliyyəti ilə seçilən Oqtay Salahov Başlıbel kəndinin sosial və mədəni həyatında fəal iştirak edərək ictimaiyyət arasında böyük hörmət qazanıb. O, eyni zamanda uzun müddət Kəlbəcər rayon 80 nömrəli tam orta məktəbdə müəllim kimi çalışaraq şagirdlərin bilik və tərbiyəsinin formalaşmasında mühüm rol oynayıb. Onun jurnalist fəaliyyəti də cəmiyyət tərəfindən maraqla qarşılanır.
Oqtay Salahovun ictimai, pedaqoji və jurnalist fəaliyyəti tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Tədbirin sonunda yubilyar ETİHİ Kəlbəcər Rayon Komitəsi tərəfindən Fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub. Tədbir iştirakçıları Oqtay Salahovu bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıblar.
P.S. Bashlibel.az olaraq Başlıbel kənd sakini, “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi-nin İdarə heyətinin üzvü, jurnalist, müəllim və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Oqtay Salahovu 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ictimai və yaradıcılıq fəaliyyətində yeni nailiyyətlər diləyirik.
Bashlibel.az