• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Dövlət qulluğuna qəbul imtahanlarında yenilik gölənilir

Fev 2, 2023

Loading

Dövlət qulluğunda səriştə modelinə keçid etmək vacib məsələdir. İki il ərzində “Yüksəliş” müsabiqəsində də həmin sərişdə modelinə əsaslanaraq mütəxəssislərimiz tərəfindən yaradılan alətlərdən istifadə etmişdik.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, ilin sonunadək dövlət qulluğuna qəbul imtahanları kompüter sistemində keçirilə bilər:”Gələcəkdə kompüter sisteminə daha çox yüksək səviyyəli, məsələn, doktoranturaya, magistraturaya qəbul imtahanlarında keçid edəcəyik. Buraxılış imtahanları ən kütləvi imtahanlar olduğu üçün qarşıdakı 5 ildə onları kompüterdə keçirmək mümkün deyil”.

Bashlibel.az

Translate »