• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Elmlər doktorundan “Başlıbelin inkişafına dəstək” İB-nə təşəkkür məktubu

İyn 1, 2024
10

Loading

İqtisad elmlər doktoru, Başlıbel kənd sakini Aqil Əsədov “Başlıbelin İnkişafna Dəstək” İctimai Birliyinin sədri Vüqar Həşimova Birliyin həyata keçirdiyi işlərlə bağlı təşəkkür məktubu ünvanlayıb və Birliyə dəstəyini ifadə edib.
Bashlibel.az məlumat verir ki, məktubda Aqil Əsədov bildirib: “Hörmətli Vüqar müəllim, hamımız üçün doğma olan Başlıbel kəndinin inkişafi, yolların abadlaşdırılması, müvəqqəti yaşayış yerlərinin qurulması, mobil rabitənin yaradılması, insanların rahat hərəkəti üçün yolötürücülərinin (körpü və s.) quraşdırılması və s. istiqamətlərdə fəaliyyətinizi alqışlayaraq, Sizə və bütün həmyerlilərimizə sevinc dolu başlıbelli günlər arzu edirəm.
Bütün dövrlərdə ictimai iş çətin və mürəkkəb bir məsələdir. Ona görə ki, biz insanların hərəsi bir düşüncədə, bir baxışdayıq. Bu külliyyatı hər bir addımda tam əhatə etmək qeyri mümkündür. Bu mənada, bəzən adam demotivasiya olur. Siz də görüşlərdə yorulduğunuzu, hər hansı bir maddi xeyrinizin olmadığını və s. dilə gətirirsiniz.
Vüqar müəllim, ictimai işlərin yalnız sosial səmərəsi olduğunu hamımız, ən azından çoxlarımız bilirik. Sizin ən böyük qazancınız kəndə rahat gedən adamların yolu abadlaşdıran şəxsləri yada salaraq dünyasını dəyişənlərə (dəyişənlərinə) rəhmət oxuması, kənddən rahat şəkildə Azərbaycanın qalan yaşayış yerləri ilə mobil əlaqə yaradanların, palatkada üstünə yağış yağmayanların etdiyi dualardır. Bütün bu işlərin xərcsiz başa gəlmədiyini də, sizlərin bu yolda,fiziki əziyyətlə yanaşı, maddi sərfiyyatlarınızın da olduğunu, hesab edirəm ki, hamı başa düşür (şəxsən mən dəqiq rəqəm bilməsəm də, amma xərclərin qaçılmaz olduğunu dəqiq bilirəm). Allah min əvəzini versin, Sizin və hamımızın qazancı hər zaman xeyir işlərə xərclənsin. Eşitmişəm ki, arada ziyalılardan da şikayətlənirsiniz. Mən özümü ziyalı hesab etmirəm, amma bir-iki kitab oxumuşam deyə, dedim birdən məndən də narazı olarsınız. Sizə münasibətimi(zi) Hüseyn Cavid bağındakı bir neçə ay öncə baş tutan görüşümüzdə açıq şəkildə bildirdim. Bir daha vurğulamaq istəyirəm ki, DÖVLƏTİMƏ VƏ XALQIMA, ADIMA VƏ FAMİLİYAMA zərər gətirməyən, hər bir işdə, imkanım daxilində BÜTÜN BAŞLIBELLİLƏRİN YANINDAYAM (təkcə mən yox, həm də mənim ətrafımda olan yoldaşlar). Başlıbel kənd orta məktəbinin yetirməsi kimi, fəaliyyət sahəmə uyğun olaraq, bütün ali təhsil müəssisələrində təhsil alan, XÜSUSİLƏ RAYONLARDAN BAKIYA TƏHSİL ÜÇÜN GƏLƏN, HƏR BİR TƏLƏBƏMİZƏ İŞİMİN VƏ EVİMİN QAPISI HƏR ZAMAN AÇIQDİR! İnanıram ki, xırda-para fikir ayrılıqları başlıbellilərin, aclıq və müharibə sınağından belə üzüağ çıxmış, birliyinə təsir edə bilməz. Başlıbeldə Şəhidlərin ziyarətinə aparan yolda bu günlərdə quraşdırılan körpü, körpünün üzərindən paylaşılan fotolar bunun bariz nümunəsidir. Biz “atışarıq”, mübahisə və müzakirə edərik, amma lazım olanda BİR OLMAĞI DA BACARMALIYIQ. Hesab edirəm ki, müəyyən səbəblərdən ictimai birlikdə rəsmi təmsil oluna bilməmək, Başlıbel birliyindən kənarda qalmaq anlamına gəlməməlidir.
Hörmətli Vüqar müəllim, vaxtınızı çox almadan, bir daha görülən işlərə görə, İB sədri kimi Sizin timsalınızda, zəhməti keçən bütün insanlara minnətdarlığımı bildirərək, hər zaman Sizlərin yanınızda olduğumu bəyan edirəm. Allah yar və yardımçımız olsun. Allah bütün Şəhidlərimizə rəhmət eləsin. QƏLƏBƏMİZ DAİMİ, BİRLİYİMİZ ƏBƏDİ OLSUN!”

Translate »