Azərbaycan hökuməti azad edilmiş ərazilərdə bu prosesə 18 milyard manat ayırıb. Bu 10 milyard ABŞ dolları çərçivəsində məbləğdir və düşünürəm bu vəsait ayrılmağa davam edəcək.
Bashlibel.az APA-ya istinadən xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günü çərçivəsində “Şəhərlər/Urbanizasiya olunmuş mühitlər” panelində çıxışı zamanı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, dost ölkələrdən müəyyən texniki dəstək də göstərilib: “Amma bu ərazilərin bərpası üçün biz özəl sektorla əlaqələri genişləndirib bərpanı sürətləndirməliyik”.
Bashlibel.az