• C. İyl 19th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Erməni pianoçu məşhur əsərimizi oğurladı – VİDEO

Apr 16, 2024

Loading

Məşhur erməni pianoçu Hayk Melikyan Paris operasında “Vaqarşapat” rəqsini ifa edib.

Ermənilər musiqinin 1947-ci ildə Arno Babacanyan tərəfindən yazıldığını iddia edir.

Musiqi isə Üzeyir Hacıbəyovun müəllifi olduğu “O olmasın, bu olsun” musiqili komediyasındandır.  Üzeyir Hacıbəyov bu komediyanı hələ 1910-cu ildə yazıb. Əsərin premyerası isə Arno Babacanyanın doğulmasından 10 il əvvəl 1911-ci ildə Bakıda olub.

Bu komediya 1912-ci ildə Şuşada səhnəyə qoyulub, 1919-cu ildə isə lentə alınıb. İkinci dəfə isə1956-cı ildə isə “O olmasın, bu olsun” filmi çəkilib.

Qeyd edək ki, “O olmasın, bu olsun” musiqili komediyası zəngin səhnə həyatına malik bir əsərdir. Operetta bir neçə dəfə redaktə olunaraq səhnələşdirilib. Musiqili komediya ilk dəfə 25 aprel 1911-ci il tarixində Mayılov qardaşları teatrında (indiki Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında) səhnəyə qoyulub. Əsər, həmçinin, bir çox dillərə tərcümə olunaraq, müxtəlif teatrların səhnəsində Cənubi Qafqaz şəhərlərində, Türkiyədə, Bolqarıstanda, Yəməndə və başqa yerlərdə tamaşaya qoyulmuşdur. Musiqili komediya əsasında 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən eyniadlı film çəkilib.

Əsərin baş qəhrəmanlarından olan Sərvər və Gülnazın dərin, səmimi hisslərini açıqlayan zərif, xəyalpərəst musiqi partiyaları “Arşın mal alan” operettasının və “Koroğlu” operasının ariya üslubuna yol açıb. Hacıbəyov bu musiqili komediyasında ilk dəfə olaraq, qəhrəmanlarının əhvali-ruhiyyəsini deyil, xarakterini təcəssüm etdirmək yolu ilə gedərək, musiqi obrazlarının fərdiləşdirilməsinə nail olub. Komediyanın ayrı-ayrı parçaları geniş şöhrət qazanmış və müxtəqil əsərlər kimi ifa olunur. “O olmasın, bu olsun” və Hacıbəyovun yazdığı üçüncü operettası olan “Arşın mal alan” Azərbaycan Respublikasının milli klassikləri hesab edilir.

Bashlibel.Az

Translate »