![]()
“Ermənistanın mina terroruna görə beynəlxalq məhkəməyə cəlb edilməsi tamamilə mümkündür”.
Bunu hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib. Qulamhüseyn Əlibəyli bildirib ki, bu gün mina partlayışları nəticəsində azyaşlı uşaqlar da daxil olmaqla, 4 Azərbaycan vətəndaşının xəsart alması bu terrorun miqyasından, ağır nəticələrindən xəbər verir:
“Bir gündə 4 Azərbaycan vətədnaşının minaya düşərək xəsarət alması Ermənistanın mina terrorunun ağır fəsadlarını göstərir. Bu fakt bir daha sübut edir ki, İrəvanın mina terroru mülki insanlarımızın həyatı üçün böyük təhlükədir və dünya birliyi bu terrora biganə qalmamalıdır.
Bu gün Cənubi Qafqazda müharibə yoxdur, heç bir hərbi əməliyyat getmir. Amma buna baxmayaraq, mina terroru can almaqda davam edir. Bu terrorun əsas qurbanları isə mülki insanlardır. Buna görə də Ermənistan mülki insanların həyatına qəsd etdiyinə, mina terrorunu davam etdirdiyinə, bu terrora qarşı Azərbaycanın apardığı mübarizəyə məqsədli şəkildə mane olduğuna görə məsuliyyətə cəlb edilməli, cəzalandıırlmalıdır”.
Bashlibel.az
Bashlibel.az