Ermənistanla sülh sazişinə çox yaxınıq.
Bashlibel.az APA-ya istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM-nin 2023-cü il üzrə fəaliyyətinə dair mətbuat konfransında deyib.
O qeyd edib ki, bununla bağlı hansısa dəqiq tarix demək çox çətindir: “Lakin əsas mübahisəli məsələlər sıfıra enib. Demarkasiya və delimitasiya uzun bir prosesdir. Hesab edirəm ki, bu, sənədə daxil olmayacaq. Məsələn, uzun illərdir biz Gürcüstanla bunu həll etməmişik. Sülh sazişi əsas prinsiplər məsələsində uzlaşmaqdır. İndiki zamanda daha çox Ermənistan sülh sazişində maraqlı olmalıdır. Bu, bölgəyə sabitlik gətirəcək”.