• Be. Apr 15th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Hikmət Hacıyev: Azərbaycan Qarabağın erməni sakinlərinə Füzuli – Şuşa yolunu da təklif edib

Avq 16, 2023

Loading

Məhz bu dayandığımız yolu da, Ağdam – Xankəndi yolunu da biz Qarabağın erməni sakinlərinin Azərbaycanın siyasi, iqtisadi, sosial sahəsinə inteqrasiyasının bir tərkib hissəsi kimi görürük.

Bashlibel.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici diplomatların Ağdama səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Birincisi bu, inteqrasiyaya xidmət edən amildir, ikincisi daha səmərəlidir və nəqliyyat nöqteyi-nəzərindən daha ucuz başa gəlir, eyni zamanda yüklərin Azərbaycanın əsas hissəsindən Qarabağa çatdırılması ilə bərabər, Qarabağda yaşayan sakinlərin də Azərbaycanın əsas nəqliyyat infrastruktur sisteminə çıxışını təmin edir. Bu yol heç bir halda Laçın yolunu inkar etmir, lakin eyni zamanda bir və bir neçə yolun olması həmişə yaxşı haldır”, – Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan eyni zamanda Qarabağ erməni sakinlərinə Füzuli – Şuşa yolunu da təklif etmişdir ki, yüklərin, malların çatdırılması üçün istifadə oluna bilər: “Bu artıq diplomatik sirr deyil və mən açıq şəkildə deyə bilərəm ki, Xarici İşlər Nazirliyinin bəyanatında da biz qeyd etmişdik. 5 avqustda razılıq əldə olunub ki, BQXK humanitar yükləri bu yol vasitəsilə Xankəndinə çatdıracaq. Bunun davamı olaraq razılaşdıq ki, 24 saat sonra Azərbaycanın sərhəd və gömrük rejiminə riayət etməklə , qanunlara əməl etməklə Laçın – Xankəndi yolu da açılır. Bu anlaşmanın tərkib hissəsi kimi Yevlax şəhərində Azərbaycanın müəyyən etdiyi nümayəndə ilə Qarabağ ermənilərinin nümayəndəsi arasında görüşün keçirilməsi nəzərdə tutulurdu ki, burada biz bütün reinteqrasiya, eləcə də sosial infrastruktur layihələrini müzakirə etməyə hazır idik. Biz bu yolu istifadəyə bəyan edəndən sonra, gördüyünüz kimi növbəti məntəqə Rusiya sülhməramlılarının postudur, onun arxasında ermənilərin hərbi postu görünür və ermənilər həmin yola gətirib bloklar qoymağa, beton sədlər qoymağa başladılar. Sonra da başladılar Azərbaycanı ittiham etməyə. Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumda beynəlxalq jurnalistlərə dediyi kimi, indi baxın kim kimi bloklayır. Ermənistan yolları bloklayır, Azərbaycan sadəcə olaraq yolları açır və yolla tikir, təkcə quru yollarını yox, eyni zamanda dəmiryolu xətlərini də açır”.

Bashlibel.az

Translate »