• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Hikmət Mirzəyevin keçmiş vəzifəsini icra edən Akif Pirverdiyev KİMDİR? – DOSYE

İyn 4, 2024

Loading

Xüsusi Təyinatlı Qüvvələrin Komandanı vəzifəsi general-mayor Akif Pirverdiyevə həvalə edilib.

Akif Pirverdiyevin dosyesini təqdim edirik:

A.Pirverdiyev əslən Goranboy rayonundandır.

O, 44 günlük Vətən Müharibəsində iştirak edib. Prezidentin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Zəfər” ordeni ilə təltif edilib.

2022-ci ildə isə General Pirverdiyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

O, daha öncə Xüsusi Təyinatlı Qüvvələrin komandanının Maddi Texniki Təminat üzrə müavini olub. Sonradan XTQ-nin Qərargah rəisi vəzifəsinə yüksəlib.

Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin əvvəlki komandanı general-leytenant Hikmət Mirzəyev idi. Vətən Müharibəsi Qəhrəmanı bir müddət əvvəl müdafiə nazirinin müavini-quru qoşunlar komandanı təyin edilib.

Bashlibel.az

Translate »