![]()
İranın vitse-prezidenti Səhab İsfahani ölkə sakinlərini növbəti 48 saat ərzində su ehtiyatı toplamağa çağırıb.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, o, həmçinin vətəndaşlara rabitə kəsintiləri ehtimalına qarşı mobil cihazlarını əvvəlcədən enerji ilə təmin etməyi tövsiyə edib.
Bu xəbərdarlıq, ABŞ-nin “Hörmüz boğazı iki gün ərzində açılmasa, güc tətbiq edilə bilər” bəyanatından sonra yaranan gərginlik fonunda səslənib. Eyni zamanda, İranın elektrik stansiyalarının hədəf alına biləcəyi ilə bağlı ciddi təhdidlərin olduğu bildirilir.
Aytən Yalçınqızı
Bashlibel.az