![]()
İşğaldan azad olunmuş Kəlbəcər şəhərinə ilk köç başlayır.
Bashlibel.az Musavat.com-a istinadən xəbər verir ki, bu gündən startı götürüləcək köçün ilk mərhələsində şəhərə 81 ailə köçürüləcəyi nəzərdə tutulur.
İyunun 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Kəlbəcər şəhərinə köçəcək sakinlər arasında ev bölgüsünə dair püşkatma keçirilib və 81 mənzilin açarları sahiblərinə təqdim edilib. İndi isə həmin ailələrin köçürülməsi prosesi başlanır.
Bashlibel.az
Bashlibel.az