• Bz. May 26th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Kəl­bəcər, Xocalı, Cəbrayıl və Zəngilana köç olacaq – İlin sonuna kimi…

May 2, 2024

Loading

Böyük Qayıdışa dair I Dövlət Proq­ramı tədbirlər planında əks olunan fəaliy­yətlər üzrə icra edilir və təbii ki, eyni vaxt­da bütün şəhər və kəndləri bərpa etmək mümkün deyil. Bu, zaman tələb edən pro­sesdir.

Bashlibel.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov rəsmi mətbuata müsahibəsində deyib.

O bildirib ki, qayıdışın coğrafi arealı 20 kənd və qəsəbə, 7 şəhər olmaqla, 27 yaşayış məntəqəsini əhatə edəcək.

“Qürurvericidir ki, tezliklə Vətən müharibəsində qələbəmi­zin simvoluna çevrilmiş gözəl Şuşamıza, bundan başqa Xocalıya, Cəbrayıla, Kəl­bəcərə və Zəngilana da köçürülmə prose­sinə start veriləcək. Bir məqamı da qeyd edim ki, ilin sonuna kimi məskunlaşma bütün işğaldan azad edilmiş rayonlarda başlamış olacaq”, – Komitəsinin sədr müavini qeyd edib.

Fuad Hüseynov bildirib ki, keçmiş məcburi köçkünlərin öz doğ­ma yurdlarında daimi məskunlaşdırılması zamanı nəzərə alınan prinsiplərə gəldik­də isə, ölkə rəhbərliyi tərəfindən verilən göstərişə əsasən, ilk növbədə, hər bir yaş­yış məntəqəsi üzrə ağır şəraitdə yaşayan – yataqxanalarda, sanatoriyalarda, pan­sionatlarda, qəzalı vəziyyətdə olan bina­larda məskunlaşmış ailələrin köçürülməsi diqqətdə saxlanılır:

“Köçürülməyə hazır olan yaşayış məntəqələri üzrə həmin ye­rin sakinləri arasında sorğular keçirilir, hər bir ailə ilə fərdi qaydada söhbətlər aparılır, onların qayıdışı ilə bağlı razılaşma proto­kolu imzalanır. Burada əsas məqsəd plan­laşdırmanı daha səmərəli təşkil etməkdir”.

Bashlibel.az

Translate »