![]()
Bu gün Milli Məclisin plenar iclasında Kəlbəcər rayonundan seçilmiş millət vəkilinin çıxışı bir sıra ictimai əhəmiyyət daşıyan mövzulara həsr olunub. Deputat iclas zamanı həm ölkənin ümumi inkişafı, həm də Kəlbəcər rayonunun sosial və infrastruktur problemləri ilə bağlı vacib məqamlara toxunub.
Millət vəkili ilk olaraq şəhidlərimizin adlarının əbədiləşdirilməsinin dövlət və cəmiyyət üçün müqəddəs borc olduğunu vurğulayıb. O bildirib ki, şəhidlərin adlarının yaşadılması həm milli yaddaşın qorunmasına, həm də gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edir.
Deputat daha sonra Kəlbəcər rayonuna gediş-gəlişi çətinləşdirən portal qadağası ilə bağlı problemin aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb. O qeyd edib ki, qadağanın ləğvi həm rayon sakinlərinin rahat hərəkətinə, həm də bölgənin sosial-iqtisadi aktivliyinin artmasına müsbət təsir göstərəcək.
Millət vəkili çıxışı zamanı müzakirə olunan məsələlərin həllinə tam dəstəyini ifadə edərək bildirib ki, Kəlbəcərin hərtərəfli inkişafı üçün bütün müvafiq dövlət qurumları ilə əməkdaşlıq davam etdiriləcək.
Bashlibel.az