![]()
Kəlbəcər rayonunun mərkəzində – Kəlbəcər şəhərində “Kalbajar CITY” yaşayış kompleksinin inşasına başlanıb.
Bashlibel.az xəbər verir ki, “Kalbajar CITY” təbiətlə harmoniyada inşa edilən, premium yaşayış konsepsiyasını özündə birləşdirən müasir yaşayış kompleksi kimi nəzərdə tutulub.
Layihədə rahat, təhlükəsiz və sağlam həyat üçün bütün incəliklər nəzərə alındığı qeyd olunur. Kompleks 9 blokdan ibarət 6 müasir yaşayış binasını əhatə edir. Mənzillərin funksional planlaşdırma, işıqlı məkanlar və yüksək komfort standartları ilə seçiləcəyi də bildirilir. Layihədə hər ailə üçün rahat qaraj və parklanma imkanları yaradılıb. Qapalı və meyvə bağları ilə əhatələnmiş həyət, 24 saatlıq mühafizə sistemi, uşaqlar üçün oyun meydançaları, eləcə də ailəvi istirahət zonaları sakinlərin təhlükəsiz və rahat yaşayışını təmin edəcək.
“Kalbajar CITY”-də mənzillərin çoxunun artıq satıldığı, az sayda mənzilin qaldığı əldə etdiyimiz məlumatlar sırasındadır. Qiymətlərə gəlincə, 1,2,3 və 4 otaqlı mənzillərin qiymətlərinə gəldikdə isə təmirsiz mənzilin 1 kvadrat metri 1700 manat, təmirli mənzilin 1 kvadrat metri 2100, divarları ağardılmış mənzilin 1 kvadrat metri isə 1800 manatdır. Nəğd və kreditlə mənzil almaq imkanı yaradılıb. Mənzillər 30 faiz ilkin ödənişlə 12-24 aylıq kreditlə satılır.
Etibar Seyidağa
Bashlibel.az