![]()
Ermənistan Parlamentinin spikeri Alen Simonyan Rusiya Federasiyasına rəsmi səfər edəcək.
Bashlibel.az APA-ya istinadən xəbər verir ki, bu barədə Alen Simonyan parlamentdə keçirilən brifinqdə bildirib.
“Tarix müəyyənləşməyib, amma Valentina Matviyenkodan (Rusiya Federasiya Şurasının sədri – red.) cavab səfərinə dəvət var”, – o bildirib.
Məlumata görə, səfər zamanı iki ölkə arasında parlamentlərarası əməkdaşlığın gücləndirilməsi və mövcud siyasi-iqtisadi məsələlərin müzakirəsi gözlənilir.
Bashlibel.az