• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Koronavirus Azərbaycanda can alır -1 aya 28 itki

Mar 6, 2024

Loading

kspertlər hesab edir ki, xəstəxanalar yeni axınla üzləşə bilər

Nazirlər Kabineti yanında Operativ Qərargah son bir ay ərzində ölkədə koronavirus infeksiyasına yoluxmuş və peyvənd olunmuş şəxslərlə bağlı məlumat yayıb. Qərargahdan verilən məlumata görə, son bir ayda Azərbaycanda 514 yeni yoluxma faktı qeydə alınıb, 513 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib.

Göründüyü kimi, gündəmdə neçə vaxtdır əsasən qızılca virusu olsa da, COVİD-19 da Azərbaycanda can almağa davam edir. Bəs dünyasını dəyişənlər kimlərdir, hansı qrupa aiddir ? Nəhayət, öldürən hansı ştamdır?

İnsanlar nəyə diqqət etməlidir? 

Adil Qeybulla istefa verdi - ANS - Xəbərlər

Adil Qeybulla

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, COVİD-19 pandemiyası pandemiya olaraq rəsmən bitsə də, “Omikron” ştamının mutasiya variantları bu gün davam edir: “”Omikron” ştamının mutasiya variantları bu gün davam edir və bunların yoluxuculuq indeksinin kifayət qədər yüksək olması görünür. Ona görə də yoluxanların sayı yetərincədir. Bu təkcə bizdə deyil, Avropada, digər ölkələrdə də belədir. Əlbəttə, yoluxma varsa, ölüm halları da, ağırlaşmalar da var. Düzdür, ölüm halları əvvəlki vaxtlara baxanda xeyli azalıb. Virusun yoluxuculuq indeksi artır, amma onun ağırlaşma törətmə indeksi xeyli aşağı düşüb. Bu, onun zəifləməsinin əlamətidir. Pandemiya sona doğru gedir. Amma ayrı-ayrı epidemik ocaqları biz müşahidə edirik. Bu, yenidən pandemiya olmaq təhlükəsi deyil. Sadəcə olaraq, nə qədər ki tam sona çatmayıb, biz özümüzü qorumalıyıq. Həm də karantin qaydalarına əməl etməliyik. İmmun sisteminin qaydasında olmasına diqqət etməliyik. Bu problem hələ də həll olunmayıb. Təəssüflər olsun ki, Azərbaycanda insanlar bu virusun tarixə qovuşduğu düşüncəsindədirlər. Amma belə deyil. O insanlarda ki əlavə xəstəlikləri var, yanaşı ağır xəstəlikləri var, onlar daha çox risk altındadır. Yaşlı adamlar risk altındadır. Ona görə çalışmalıyıq ki, yoluxmaların sayı az olsun, insanlar özünü qorusun”.

Cons Hopkins Universitetindən isə bildirilir ki, koronavirusa yoluxmuş bir milyondan çox insan sağalsa da, xəstəlik yenidən geri dönüb: “Bu, virusun yayılma mexanizmləri haqqında mövcud anlayışı məhv edir və həkimləri çaşdırır”. “Bloomberg” də yazır ki, pandemiyanın başlanğıcından bəri koronavirus diaqnozu qoyulan 1 milyondan çox insan sağalıb. Ancaq sanki hamı vaxtından əvvəl sevinib, hər gün təkrar yoluxma halları barədə məlumat verilir. Agentlik qeyd edir ki, yeni xəstələnmiş pasiyentlər haqqında məlumatlar virus infeksiyalarının orqanizmə necə təsir etdiyi və onların necə yayıldığına dair bu vaxta qədər deyilənləri təkzib edir.

Avstraliyanın Yeni Cənubi Uels ştatının sakini Mirabai Nikolson-MakKellar yoluxmasından bir ay keçdikdən sonra sağalmağa yaxın olduğunu düşünürdü. Ancaq nəfəs darlığı və döş qəfəsindəki ağrılar qəfildən geri qayıdıb. Qadın yeni test edib və nəticə müsbət çıxıb. Halbuki cəmi üç gün əvvəl Mirabainin 72 saat ərzində heç bir simptom göstərmədiyi üçün ev karantinini bitirməsinə icazə verilmişdi. “Nə vaxt bitəcək? Mən hər zaman bu barədə düşünürəm. Mən hələ də yoluxucuyam? Yoluxucu olmadığımı necə biləcəm?”, – deyə “Bloomberg”ə söhbətində 35 yaşlı avstraliyalı qadın soruşub. Londondan olan Daniela Alves 200 funt sterlinq (251 dollar) ödədiyi bir test sayəsində yoluxduğunu öyrənib. Bir neçə həftə ərzində o, nəfəs darlığı, öskürək və ağrı hiss edib. “Bir sözlə, xəstəlikdən sağalan bir çox insanlar yenidən ağır formada virusa yoluxmaqda davam edir və xəstəliyi eyni simptomlarla, ağır keçirmələri təəccüb doğurub. Bu halda, bütün bərpa prosesi bəzi keçmiş xəstələr üçün çətin və əsəbi bir təcrübəyə çevrilir”, – deyə agentlik qeyd edib.

“Bloomberg” yazır ki, koronavirusdan sağalmış bəzi insanların səhhətinin pisləşməsini nəzərə alaraq, artıq gücü ilə işləyən xəstəxanalar yeni xəstə axını ilə üzləşə bilər. Bu isə səhiyyə sisteminin üzərinə əlavə yük qoyacaq. Klivlenddən olan reanimatoloq Mişel Beale deyir ki, yoluxmuşların psixi sağlamlığı bundan sonra risk altında olacaq.

Dr. Vaqif Qarayev - Onlayn rezervasiya edin, rəyləri oxuyun |  doktorsitesi.az

Vaqif Qarayev

Pediatr Vaqif Qarayev isə göyöskürəklə bağlı vəziyyətin kritik olduğunu deyib: “Göyöskürək, öskürək tutmaları ilə gedən və ciddi ağırlaşmaları olan yoluxucu xəstəlikdir. Yeganə qorunma yolu peyvənddir. Bu xəstəliyə qarşı peyvənd (GDT və ya rusca AKDS) uşağın yaşına uyğun olaraq bir neçə dəfə aparılır. Yəni sizin uşaq cəmi bir və ya iki dəfə peyvənd olunubsa, bu, tam vaksinasiya deyil. Göy öskürəyə nə qədər uşağın yoluxduğu rəsmi açıqlanmır. Amma təkcə sosial şəbəkələrdə valideynlərin həyəcanını oxumaq kifayətdir ki, vəziyyəti anlayasan”.

Bashlibel.az

Translate »