![]()
Ölkədə gənc idmançıların uğurları davam edir.
Bashlibel.az xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi, Kikboks Federasiyası və Xüsusi Təyinatlı Qüvvə İdman Klubunun birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş kikboksinq üzrə açıq çempionat keçirilib.
“Sərhədçi” İdman Kompleksində təşkil olunan yarışda ümumilikdə 450 idmançı iştirak edib.
37 kq çəki dərəcəsində çıxış edən 12 yaşlı Rafiq Ağazadə rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb, qızıl medal və xüsusi diplomla mükafatlandırılıb.
Əslən Kəlbəcər rayonundan olan Rafiq Ağazadə RM İdman Klubunun idmançısıdır. Onun məşqçisi 5 qat dünya və 4 qat Avropa çempionu Tural Cavadovdur.
Həmçinin qeyd edək ki, RM İdman Klubu bu turnirdə idmançılarının qazandığı medalların sayına görə kubokla təltif olunub.


Bashlibel.az