![]()
Karakas ətrafında hərbi-siyasi gərginliyin pik həddə çatdığı bir vaxtda sosial şəbəkələr və Telegram kanalları Venesuela prezidenti Nikolas Maduronun saxlanıldıqdan sonra çəkilmiş ilk fotosu kimi təqdim edilən görüntünü sürətlə yaymağa başlayıb.
Musavat.com xəbər verir ki, sözügedən foto “ABŞ-ın zərbələrindən və son hadisələrdən sonra Maduronun nəzarət altına alındığı an” kimi təqdim olunur.
Paylaşımlarda görüntünün “ilk və yeganə sübut” olduğu iddia edilsə də, Venesuela hakimiyyəti, eləcə də beynəlxalq qurumlar tərəfindən fotonun orijinallığı və çəkilmə vaxtı ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib.
Məlumatlara görə, görüntü əsasən anonim mənbələr və qeyri-rəsmi kanallar vasitəsilə dövriyyəyə buraxılıb. Bir sıra ekspertlər fotonun əvvəlki illərə aid arxiv materialı ola biləcəyini, yaxud manipulyasiya edilmiş görüntü ehtimalını da istisna etmirlər.
Xatırladaq ki, son saatlarda Karakasda prezident sarayı ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, Maduronun harada olduğu ilə bağlı ziddiyyətli xəbərlər yayılıb. Rəsmi Karakas isə daha əvvəl Vaşinqtondan “əgər Maduro sağdırsa, bunu sübut etməyi” tələb etmişdi ki, bu da informasiya müharibəsini daha da qızışdırıb.
Hazırda yayılan foto sensasion iddia olaraq qalır və fakt kimi təsdiqlənməyib. Vəziyyətin aydınlaşması üçün rəsmi mənbələrin açıqlamaları gözlənilir.

Bashlibel.az