• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Ordumuz Laçında separatçıların nəfəsliyini qapatdı – MÜHÜM ƏMƏLİYYAT

Mar 31, 2023

Loading

Ermənilərin silah-sursat daşıdığı yollar və bir neçə hakim yüksəklik, sərhədboyu geniş sahələr nəzarətə götürüldü; Azərbaycan 10 noyabr bəyanatının da icrasını özü həyata keçirir…

10 noyabr üçtərəfli bəyanatının tələblərini indiyədək yerinə yetirən yalnız Azərbaycandır. Rusiya sülhməramlı kontingenti və Ermənistan bu bəyanatda təsbit olunan öhdəliklərin bir çoxuna əməl etmirlər.

Azərbaycan bəyanatın digər tərəflərin yerinə yetirmədiyi daha bir öhdəliyi özü icra etməyə başlayıb. Necə ki, Azərbaycan BMT-nin Qarabağa dair çıxardığı qətnamələri özü icra etdi, eləcə də 10 noyabr sənədinin tələblərini də bu şəkildə həyata keçirməkdən başqa yol qalmır.

Bu istiqamətdə şanlı Ordumuz daha bir mühüm addım atıb: Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

Şanlı zəfərimizin salnaməsi | "Nuhçıxan" İnformasiya Agentliyi

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Nəzərə çatdıraq ki, 10 noyabr bəyanatına görə, 3 il ərzində yeni Laçın yolu inşa olunmalı və Qarabağdan Ermənistana gediş-gəliş buradan olmalıdır. Azərbaycan bu yolu nəinki 3 ilə, qısa bir müddətdə hazır etdi.

Yeri gəlmişkən, bununla bağlı Prezident İlham Əliyev bir neçə gün öncə açıqlama verib. Sitat: “…2020-ci il noyabrın 9-da Rusiya Prezidenti ilə gün ərzində apardığım bir çox saatlıq telefon danışıqları nəticəsində biz nail olduq ki, Laçın şəhərinin də Azərbaycana qaytarılması şərtləndirilsin. Bu məqsədlə alternativ yolun çəkilişi mənim təkidimlə yekun Bəyanata salınmışdır və müddət göstərilmişdir. Amma bu, bir qədər qeyri-müəyyən ifadələrlə göstərilmişdir ki, üç il ərzində bu məsələ ilə bağlı müzakirələr aparılacaq. Ancaq İkinci Qarabağ müharibəsi başa çatan kimi mən dərhal göstəriş verdim ki, yeni yolun marşrutu və bütün texniki parametrləri müəyyən edilsin. Biz bu işə tezliklə başlamışıq və bunu bir il yarım ərzində həll etmişik…”

Laçın-Xankəndi yolundakı ekoaksiya 74 gündür davam edir

Nəzərə çatdıraq ki, ermənilər ənənəvi – köhnə Laçın yolundan qanunsuz daşımalar həyata keçirdiyi, ekoloji problemlər yaratdığı, faydalı yataqları qanunsuz istismar etdiyi, eyni zamanda bu yoldan silah-sursat daşıdığı və sülhməramlılar da buna göz yumduğu üçün 3 aydan çoxdur ki, Azərbaycanın QHT təmsilçiləri və ekofəallar Xankəndi-Laçın-Gorus yolunda aksiya keçirir. İki həftə öncə isə bəlli oldu ki, separatçı ermənilər sülhməramlıların dəstəyi ilə Xankəndidən Gorusa getmək üçün, Xəlfəli, Turşsu kəndlərindən meşəlik ərazidən gizli yol çəkməyə cəhd etdilər. Bu cəhdlərin qarşısı alındı və ardınca Azərbaycan Ordusu Laçın dəhlizi kimi tanınan yolda tədbirlər gördü. İndi separatçılar haradan, hansı gizli yoldan keçsələr də, sonucda yeni nəzarətə götürdüyümüz əraziyə çıxacaqlar və buradan o yana getmələri mümkün olmayacaq, nəzarət altında olacaqlar…

***

Ermənistanın baş naziri Nikol Paşinyan isə yenə də öz ənənəsinə sadiq qalaraq, bu məsələyə dair qeyri-adekvat açıqlama verib.

O deyib ki, Ermənistandan Laçın yoluna birləşən yol tam hazır olmadığı üçün əvvəlcə Gorunzur (Kornidzor) körpüsü ilə Ermənistana daxil olan, sonra Azərbaycan ərazisindən, sonra isə yenidən Ermənistan ərazisindən keçən müvəqqəti marşrutdan istifadə edilib: “Hazırkı razılaşmaya görə, bu marşrut 2023-cü il aprelin 1-dək fəaliyyət göstərməli idi”.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı - BBC News  Azərbaycanca

O qeyd edib ki, ötən gün (29 mart-red.) Ermənistan Azərbaycana məlumat verib ki, razılaşmaya əsasən, Gorunzur (Kornidzor) körpüsündən sonra yol yalnız Ermənistan ərazisindən keçəcək və sərhəd qoşunları Ermənistan sərhədinin mühafizəsini öz üzərinə götürəcək:

“Ermənistan mövqelərində heç bir dəyişiklik olmayıb. Yeganə dəyişiklik sərhəd mühafizəsinin Ermənistan ordusundan sərhədçilərə verilməsidir. İrəvan eyni dəyişikliyi Azərbaycan tərəfinə də təklif edib”.

Nikol həmçinin hökumətin iclasında yenə də Xankəndi-Gorus yolunun guya bağlandığına dair böhtançı mövqe sərgiləyib, dünyanı aldatmağa çalışıb. Hansı ki, söhbət yalnız 10 noyabr bəyanatında yeni Laçın yolunun istifadəyə verilməsindən sonra bu yoldan istifadəni nəzərdə tutan bəndin icrasından söhbət getdiyini o özü də yaxşı bilir…

“Cağazur və Zabux kəndləri arasındakı bir sıra strateji əhəmiyyətli yüksəkliklərin azad olunması Azərbaycan Ordusuna mühüm imkanlar yaradır. Belə ki, Azərbaycanın qapısı sayılacaq Laçın rayonundan, o cümlədən şərti sərhədlərimizdən düşmənin öncədən qruplaşmalarının və hərəkət marşrutlarını müşahidə altında tuta bilərik”.

Əgər prezident deyibsə ki, sülhməramlılar burada..." - Alparslan İmamqulu

Alparslan İmamqulu 

Bunu Musavat.com-a hərbi analitik Alparslan İmamqulu bildirib. Ekspert qeyd edib ki, yeni yüksəkliklərin azad olunması ilə biz düşmənin tampon bölgə sayılacaq ərazilərdəki terrorçu qrupların zərərsizləşdirilməsində daha da müvəffəq olacağıq: “Bununla yanaşı, bir sıra keçid məntəqələrində nəzarət-buraxılış məntəqələrinin qurulması qaçılmazdır. Bu istiqamətdə işlər gedir. Xüsusilə gömrük nəzarət-buraxılış məntəqələrinin qurulması və gömrük prosedur qaydalarının tətbiq olunması Azərbaycan qanunvericiliyə görə əsas şərtlərdən biridir”.

“Ermənistan baş naziri Nikol Paşinyanın bölgədəki vəziyyətə dair növbəti dəfə manipulyasiya cəhdləri qəbuledilməzdir. Ermənistanın ölkəsinə demokratiya donu geyindirərək, təcavüzkar fəaliyyətini davam etdirməsi heç kəsə sirr deyil”.

APA xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclası zamanı səsləndirdiyi fikirlərlə bağlı medianın sualına cavabında deyib.

“Baş nazirin Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı müvəqqəti qərarını növbəti dəfə yanlış təfsir etməsi və Azərbaycanın guya Laçın yolunu bağladığı barədə iddialar səsləndirməsinin heç bir əsası yoxdur.

Beynəlxalq Məhkəmənin Laçın yolu “tələbi” - Azərbaycana təhlükə sovuşdumu?

Bununla yanaşı, Azərbaycanın suveren əraziləri olan Laçın yolunun şimalında Ermənistanın torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadəsinin, Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşmək və potensial təxribatların törədilməsi niyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən heç bir güc tətbiq olunmadan müvafiq nəzarət tədbirləri görülməsinin Ermənistan baş naziri tərəfindən işğal kimi qiymətləndirilməsi qəbuledilməzdir.

Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını intensivləşdirən Ermənistanın qanunsuz fəaliyyətlərinin qarşısının alınması Azərbaycanın suveren hüququdur və Azərbaycan bu istiqamətdə bütün zəruri tədbirlər həyata keçirilməsində qərarlıdır.

Bununla yanaşı, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyin, əsas və yardımçı yolların, eləcə də sərhədboyu geniş sahələrin nəzarətə götürülməsi barədə məlumatların Ermənistan tərəfindən gərginliklə qarşılanması və baş nazirin bu məlumatı çıxışı zamanı şərh etməsi anlaşılan deyil.

Ermənistan baş nazirinin həmçinin Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğunu danması onun birbaşa tabeliyində olan Ermənistanın digər rəsmi şəxslərinin və Müdafiə Nazirliyinin silahlı qüvvələrin hələ də çıxarılmadığı barədə bəyanatları ilə uzlaşmadığı yaxşı məlumdur.

Politoloq Asif Nərimanlı isə maraqlı bir açıqlama verib. O deyib ki, Laçın yolunun yeni marşruta köçürülməsindən sonra Ermənistanla sərhəddə hakim yüksəkliklərə çıxmağımız nəticəsində Gorusun Tex (Dığ) kəndinin 60 hektar ərazisi ordumuzun nəzarəti altına düşüb…

Əslində Azərbaycan-Ermənistan arasında sərhəd razılaşması olmadığına, daha dəqiqi, İrəvan bundan indiyədək imtina etdiyinə görə, həmin ərazinin ermənilər Gorusun balansında olduğunu iddia edir. Ancaq xəritə üzrə sərhədləri çəkəndə bu torpaqların məhz Azərbaycanın suveren ərazisi olduğu da tam təsdiqini tapacaq.

Translate »