Beynəlxalq konvensiyada uşaqlar 18-a qədər uşaq götürülür, amma bizdə 14 yaşda uşaq yaşı bitir və gənclik yaşı başlamış sayılır.
Bashlibel.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, gələcəkdə bu məsələyə baxmağa ehtiyac var: “Çünki biz beynəlxalq konvensiyaya uyğun qanunlara dəyişiklik edirik. Amma bizdə “Gənclər siyasəti haqqında” qanunda uşaq yaşı 13 yaşda bitmiş sayılır”.
Bashlibel.az
Bashi