• Ca. İyn 13th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq – 2026-cı ildən…

Apr 24, 2024

Loading

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. 

Yeni parklar paytaxtın 6 istiqamətində salınacaq.

Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəlif növ ağaclar, gül və kol bitkiləri ilə yanaşı, müasir işıqlandırma sistemlərinin quraşdırılması da nəzərdə tutulur.

Baş plana əsasən, sənədin icra mərhələləri çərçivəsində Dənizkənarı Milli Parkın Zığ istiqamətində uzadılması, 28 may və Lökbatan ərazisində Hibrid Dəhlizlər daxilində yaşıllıqların salınması, Böyükşor gölü ətrafında Meşə parkın, Xocasən ərazisində mühafizə olunan təbiət parkının, Bülbülə və Zığ göllərinin təmizlənərək rekreasiya zonalarının yaradılması planlaşdırılır.

Yeni parkların salınmasının 2026-2030-cu ilə qədər yekunlaşması nəzərdə tutulub.

Bashlibel.az

Translate »